Tofiq Bəhramov adına Respublika stadionu “Qalatasaray” - “Fənərbaxça” derbisinə hazırdır

23.05.2012 | 7592 dəfə oxunub

Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov “Qalatasaray” və “Fənərbaxça” arasında Türkiyə Superkuboku uğrunda qarşılaşmanın Bakıda keçirilməsinin mümkünlüyünə dair iddialara münasibət bildirib. Stadium.az xəbər verir ki, İsmayılov açıqlamasında mərkəzi arenanın belə bir yüksək səviyyəli oyuna hazır olduğunu söyləyib. 

Onun sözlərinə görə, hazırda təmir işləri aparılan stadion iyulun 15-dək istifadəyə verilməlidir: “Əgər Türkiyə Superkuboku matçı həmin tarixdən sonra olsa və müvafiq qurumlar qərar qəbul etsələr, stadionumuz bu oyunu keçirməyə hazırdır. Sentyabrın 22-də 17 yaşadək qızlar arasında dünya çempionatının açılış mərasimi və ilk oyun bizim arenada baş tutacaq. Həmin oyunadək ən azı bir matçın stadionumuzda keçirilməsini istərdim”. 

Qeyd edək ki, Türkiyə Superkuboku uğrunda qarşılaşmanın Bakıda keçirilməsinin mümkünlüyünə dair xəbəri “Habertürk” yayıb. Hazırda Bakıda böyük azarkeş kütləsinə malik iki komandanın oyununu qəbul etməyə qadir olan yeganə arena məhz Tofiq Bəhramov adına Respublika stadionudur.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail