Millimizin oyunlarına giriş pulsuz olacaq

28.05.2012 | 5790 dəfə oxunub

2012-ci il mayın 30-dan iyunun 4-ə qədər olan müddətdə AFFA-nın təşkilatçılığı ilə Bakı şəhərində 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında II “Caspian Cup” beynəlxalq turniri keçiriləcək. Stadium.az xəbər verir ki, “Caspian Cup” turniri ilk dəfə 2011-ci ildə keçirilmiş, Azərbaycan və iştirakçı ölkələrin futbol ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdı.
 
II Caspian Cup turnirində Azərbaycan yığması ilə yanaşı Türkiyə, Yaponiya, Gürcüstan, Qazaxıstan, Litva, Özbəkistan və Qırğızıstanın U-17 komandası iştirak edəcək. Bu turnirin təşkilində əsas məqsəd Azərbaycanda futbolun inkişafının, kütləviliyinin təmin olunması, beynəlxalq əlaqələrin genişləndirilməsidir.
 
II Caspian Cup turnirinin təşkili ilə bağlı artıq FIFA, UEFA və Asiya Futbol Konfederasiyası ilə müvafiq qaydada razılıq əldə olunub.
 
Turnirin oyunlarında stadiona giriş sərbəst olacaq.
 
II Caspian Cup turnirinin təqvimini bir daha diqqətinizə çatdırırıq:
 
30 may
 
10:00. Litva – Qazaxıstan. AZAL Arena
 
10:00. Türkiyə – Gürcüstan. «Dalğa Arena»
 
16:30. Açılış mərasimi. «Dalğa Arena»
 
17:00. Azərbaycan – Qırğızıstan. «Dalğa Arena»
 
19:30. Yaponiya – Özbəkistan. «Dalğa Arena»
 
31 may
 
10:00. Özbəkistan – Türkiyə. AZAL Arena
 
10:00. Yaponiya – Gürcüstan. «Dalğa Arena»
 
17:00. Litva – Qırğızıstan. «Dalğa Arena»
 
20:00. Qazaxıstan – Azərbaycan. «Dalğa Arena»
 
2 iyun
 
10:00. Qazaxıstan – Qırğızıstan. AZAL Arena
 
10:00. Gürcüstan – Özbəkistan. «Dalğa Arena»
 
17:00. Yaponiya – Türkiyə. «Dalğa Arena»
 
19:15. Azərbaycan – Litva. «Dalğa Arena»
 
4 iyun
 
10:00. 7-ci yer uğrunda oyun. AZAL Arena
 
10:00. 5-ci yer uğrunda oyun. «Dalğa Arena»
 
17:00. 3-cü yer uğrunda oyun. «Dalğa Arena»
 
19:30. Final
 
21:15. Bağlanış mərasimi



  #1   Adınız: Serdar;   E-mail: [email protected]

30.05.2012 17:21

Türkmenistanyñ ýerine Litvany goýupdyrlar :-(

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail