Vaqif Cavadov: “Bakı” Azərbaycan futbolunda xüsusi çəkisi olan klubdur»

22.11.2010 | 4439 dəfə oxunub

"Bakı" futbol klubu və Azərbaycan millisinin hücumçusu Vaqif Cavadov "Toplu Bakı" jurnalına müsahibə verib. Bu müsahibəni sizə təqdim edirik:

rn

"Toplu"nun dosyesi:

rn

Adı, soyadı: Vaqif Cavadov

rn

Mövqeyi: hücumçu

rn

Boyu və çəkisi: 185 sm, 80 kq

rn

Forma nömrəsi: 9

rn

İlk müəllimi: Vaqif Paşayev

rn

Bəyəndiyi futbolçu: Alessandro Del Pyero

rn

Bəyəndiyi klublar: "Yuventus" və "Barselona"

rn

Bəyəndiyi milli komanda: İtaliya

rn

Kumiri: Fizuli Cavadov

rn

Hobbisi: Balıq tutmaq

rn

Bəyəndiyi avtomobil markası: Range Rover

rn

Bəyəndiyi ətir: Clinic happy - Guccy by guccy

rn

Azərbaycan milli komandasının və "Bakı"nın hücumçusu Vaqif Cavadov "Toplu Bakı"nın "kumir" rubrikasının qonağı seçilib. «Bakı» futbol klubunun rəsmi jurnalına müsahibə verən gutbolçu uşaqlığından, futbolçu karyerasından və gələcək arzularından danışıb:

rn

- "Bakı" rəhbərliyinə mənə bu jurnalda yer ayırdıqları üçün təşəkkür edirəm. Bundan sonra da çalışacağam ki, kluba onun rəhbərliyi və azarkeşlərinə peşəkar səviyyədə xidmət göstərim.

rn

- Vaqif bildiyin kimi jurnal uşaq və yeniyetmələr üçündür. Buna görə də bu günkü söhbətimiz bu əsnada olacaq. Futbola gəlişini necə xatırlayırsan?

rn

- Ailəmizdə futbolçular olub. Əmim İsgəndər Cavadovu Azərbaycanda tanımayan yoxdur. Atam da futbolçu olub. Belə bir ailədə doğulan uşağın da futbola həvəs göstərəcəyi təbii idi. Belə də oldu. 5 yaşımda atam məni Azərbaycan Dövlət Bədən Tərbiəsi və İdman akademiyasının stadionunda,  Vaqif Paşayevin  rəhbərlik etdiyi uşaq futbol qrupuna yazdırdı.

rn

- İlk uğurlar...

rn

- Vaqif müəllimin rəhbərlik etdiyi "Real" komandası ilə 11  yaşımda yeniyetmələrin Bakı birinciliyində üçüncü yer tutduq. Mən özümdən bir yaş böyüklərlə oynayırdım. Həmyaşıdlarımdan seçildiyim üçün məşqçilərin məsləhəti ilə atam qərara gəldi ki, məni Moskvaya aparsın. Bakıda ev- eşiyimizi satıb köçdük Moskvaya. Yeddi il Rusiyada yaşadıq.

rn

 

rn

- ÇSKA -nın uşaq futbol məktəbinə keçidin necə alındı?

rn

- Əvvəlcə "Dinamo"nun yeniyetmələr üçün məktəbində başladım. 3 ay orada məşq etdikdən sonra digər Moskva klubu "Torpedo"da oynadım. Bir il bu klubda olandan sonra ÇSKA məşqçiləri məni bəyənərək bu kluba gətirdi. 6 ilə yaxın bu klubun şərəfini qorumuşam. İlk dörd ili  həmyaşıdlarım arasında keçirilən çempionatlarda oynadım. 2 il isə əvəzedici komandanın heyətində Rusiya birinciliklərində top qovdum.

rn

- O vaxt səninlə birgə oynayan futbolçulardan indi Rusiya Premyer Liqasında oynayanlar var?

rn

- Əlbəttə var. Rusiyada çoxlu dostlarım var. "Amkar"da oynayan müdafiəçi Vadim Qaqloev, "Krılya Sovetov"un hücumçusu Aleksandr Salugin, "Terek"in qapıçısı Soslan Canayevlə indi də dost münasibətlərimiz qalır.

rn

- Azərbaycana dönüşün necə alındı?

rn

- 16 yaşımda Şahin Diniyevin rəhbərliyi ilə Azərbaycan milli komandasından dəvət aldım. Millidə ən gənc futbolçu kimi tarixə düşdüm. Burada "Qrabağ" komandasından sərfəli təklif gəldi. Qayıtdım vətənimə.

rn

- "Qarabağ" klubu ilə Azərbaycan kubokunu qazandın, Avropa liqasında iki mərhələ keçdin...

rn

- "Qarabağ" Premyer Liqada bizim əsas rəqiblərimizdən olsa da, meydandan kənar mənim sevimli komandam olaraq qalır. Bu klubla çoxlu nailiyyətim olub. Ötən mövsüm Hollandiyanın "Tvente" klubuna keçməyimdə də bu klubun rolu oldu.

rn

- Karyeranda növbəti ad - "Bakı" və onun uşaq futbolu...

rn

- "Bakı" Azərbaycan futbolunda xüsusi çəkisi olan klubdur. Bu kluba keçidimdə onun hər zaman iddialı olması rol oynayıb. Yaxın illərdə "Bakı" tam peşəkar bir kluba çevriləcək. Uşaq və yeniyetmə futbol komandaları, mehmanxana, meydança və ləvazimatlar, brend idman geyimləri və s. bu gün Azərbaycan futbolçusu üçün də əlçatan olub. Bu işləri görən insanlara futbolçular adından təçşəkkürümü bildirirəm. Görülən işlər Azərbaycan futbolunun gələcəyi üçündür.

rn

 

rn

 

rn

 

rn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail