Serbiya millisinin baş məşqçisi: "Serbiyada millinin bazası bundan yaxşıdır"

01.06.2012 | 5596 dəfə oxunub

"I Qəbələ Kuboku"nda finala yüksələn Serbiya millisinin baş məşqçisi Branislav Nikoliç az əvvəl başa çatan brifinqdə turnir barədə danışdı. "Stadium.az"ın Qəbələyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Nikoliç belə danışıb:  "Biz bura "Qəbələ"nin keçmiş futbolçusu Milan Antiçin vasitəçiliyiylə gəlmişik. Buna görə Antiçə də təşəkkürümü bildirirəm. Bizim komanda yeni yığılan heyətdir. İlk dəfədir belə bir turnirdə iştirak edirik. Serbiyada millinin bazası bundan yaxşıdır, amma nəzərə alın ki, burada hələ işlərin yarısı görülüb. Finalda "Qalatasaray"la qarşılaşmq istərdim. Çünki daha bir komanda ilə oyunda komandamın gücünü yoxlamaq yaxşı olardı. Axı "Levante" ilə bir dəfə oynamışıq".

Serbiya millisinin baş məşqçisi olan Branislav Nikoliç həm də bu ölkənin yeni prezidenti Tomislav Nikoliçin oğludur. Atası ilə bağlı verilən suala isə kiçik Nikoliç belə cavab verdi: "Məni bura siyasətə görə dəvət etsəydiz, sualınıza cavab verərdim. İndi ancaq futboldan danışmaq istərdim".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail