Millimiz FİFA reytinqində gerilədi

ANDORRA MİLLİMİZİN SAYƏSİNDƏ “ZİRZƏMİ”DƏN QURTULDU

06.06.2012 | 6562 dəfə oxunub

FİFA milli komandaların aylıq reytinq cədvəlini açıqlayıb. Stadium.az xəbər verir ki, ötən ayla müqayisədə 3 pillə geriləyən Azərbaycan milli komandası indi ÇAD-la birgə 112-ci yeri bölüşür. Son iki yoxlama oyununda qeydə alınan uğursuz nəticələr (Yaponiya - 0:2, Andorra - 0:0) millimizin reytinqinə də öz təsirini göstərib. Hazırda Azərbaycan millisinin aktivində 300 reytinq balı var. Millimizin Kenya, Bermud, Qambiya, Zimbabve, Antiq və Barbuda adaları, Qyana, Vetnam, Uqanda kimi futbolu inkişaf etməmiş ölkələrdən geridə qalması isə yalnız təəssüf doğurur. 

Siyahıya əvvəlki kimi son Avropa və dünya çempionu olan İspaniya millisi başçılıq edir. Ötən ayla müqayisədə 1 pillə irəliləyən Uruqvay millisi Almaniyanı ikinci pillədən sıxışdırıb. Bundestimin üçüncü olduğu sıralamada Niderland dördüncü, Braziliya beçinci, İngiltərə altıncı, Argentina yeddinci, Xorvatiya səkkizinci, Danimarka isə doqquzuncudur. Dünya çempionatı 2014-ün seçmə mərhələsində millimizlə eyni qrupda yarışacaq Portuqaliya millisi isə ötən ayla müqayisədə 5 pillə geriləyərək 10-cu yerə enib. Növbəti seçmə mərhələdə millimizin rəqibi olan digər komandalara gəldikdə isə Rusiya 13-cü, son bir ayda 23 pillə geriləyən İsrail 81-ci, Şimali İrlandiya 103-cü, Lüksemburq isə 121-cidir. 

Bir neçə gün əvvəl millimizi, həmçinin Dünya çempionatının seçmə mərhələsində Omanı məğlub edən Yaponiya millisi bu qələbələr sayəsində siyahıda 7 pillə irəliləyərək 23-cü yerə qalxıb. Millimizlə bərabərə qalan və buna qədər sıralamada sonuncu olan Andorra isə millimizin sayəsində irəliləyərək 199-cu pilləyə yüksəlib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail