"Xəzər Lənkəran" klubu bəyanat yaydı

05.03.2011 | 4338 dəfə oxunub

rnrn

rnrn

Azərbaycanrnkubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə ilk oyununda hakimin qərəzi ilərnüzləşən “Xəzər Lənkəran” klubu bəyanat yayıb. Stadium.az xəbər verir ki,rnkomandanın rəsmi internet səhifəsində yer alan bəyanatda bildirilir ki, birrnsıra insanların şəxsi mənafeləri naminə verdiyi qərarlar ölkə futbolunda geriləməyərnsəbəb olur.
rn
rn“Xəzər Lənkəran” Futbol Klubu Azərbaycanda futbolun inkişafı prosesinin aparıcırntərkib hissəsidir. Yarandığı gündən qarşısına ölkə futboluna inkişaf vərnmüxtəliflik gətirmək məqsədini qoyan və bu gün də bu məqsəd uğrunda böyükrnazarkeş kütləsinin dəstəyi ilə fəaliyyətini davam etdirən “Xəzər Lənkəran” hərrnzaman ona qarşı yönələn ədalətsizliklərə münasibət bildirib. Sağlam rəqabətrnprinsipinə daim əməl edərək və bu prinsipdən yayınmanı yolverilməz hesab edərəkrnklubumuza və ölkə futboluna zidd əməllərə etiraz etməyi özümüzə borc bilirik. Təəssüflərnbildiririk ki, futbola yatırılan böyük vəsaitlərin qarşılığında bir sırarninsanlar öz şəxsi mənafeləri naminə Azərbaycanda bu idman növünün geriləməsinərnsəbəb olur. Biz ayrı-ayrı şəxslərin xırda ambisiyaları səbəbindən qarşımıza qoyduğumuzrnböyük məqsədlərdən yayınmayacağımızı bir daha hər kəsin nəzərinə çatdıraraq,rnyaranmış bu vəziyyətdə sadəcə məlum faktları göstərib suallarımıza cavab tələbrnedirik” – deyə, bəyanatda bildirilir.
rn
rnOyuna gəlincə, qeyd olunur ki, “Xəzər Lənkəran”ın qalib gəlməsinə baxmayaraq,rn90 dəqiqə ərzində hakimin onlara qarşı haqsız qərarlarına göz yuma bilmərik:rn“1:0 hesabı ilə öndə olduğumuz zaman qapımıza təyin olunan penaltinin absurdrnolduğu videoyazıda açıq-aşkar görünür. Bundan əlavə, hesab 4:2 olarkən hakiminrngözü önündə Elnur Abdullayevə qarşı qayda pozulmasına baxmayaraq, oyun davamrnetdirildi və əks-hücum nəticəsində komandamızın qapısından qol keçirildi. Həmçinin,rnbütün oyun boyu “Xəzər Lənkəran”ın qapısına doğru yerli-yersiz olaraq çoxlurnsayda cərimə zərbələri təyin edilib. Ən ağlasığmaz isə öz texniki zonasında heçrnbir qaydaya zidd hərəkət etməmiş baş məşqçi Mirça Rednikin oyundan kənarlaşdırılmasırnoldu”.
rn
rnBəyanatda daha sonra matçın baş hakimi Anar Salmanovla bağlı ittihamlar yerrnalıb: “AFFA səviyyəsində ümumilikdə futbola göstərilən dəstək nəticəsindərnhakimlik məsələsinə böyük diqqət ayrıldığını bilirik. Elədirsə, klubrnrəhbərliyinə zəng vuraraq, oyunun müvafiq şəkildə bitməsi üçün rüşvət istəyənrnAnar Salmanov nə üçün hələ də federasiyanın bayrağı altında keçirilən oyunlarırnidarə etmək hüququna malikdir? Göstərdiyimiz bu faktda əminliyimizə isə heç birrnşübhə ola bilməz, çünki zəng edilən həmin klub məhz “Xəzər Lənkəran” olub. Burnfaktın sübutlarını AFFA-ya göndərdiyimizə baxmayaraq, Hakimlər Komitəsi yenidənrnməhz Anar Salmanovu və məhz “Xəzər Lənkəran”ın “Neftçi” ilə keçirilənrnprinsipial oyununa təyin edib. O “Neftçi” ilə ki, Anar Salmanovun doğma qardaşırno klubda masajçı qismində çalışır. Belə aşkar fakt olduğu halda, heç bir obyektivlikdənrnsöhbət gedə bilməz. Bu hakimin “Muğan” – “Xəzər Lənkəran” oyununda etdiyirnözbaşınalıqdan və bizim buna etdiyimiz etirazdan da o qədər də çox zamanrnkeçməyib. Biz o vaxtdan həyəcan siqnalı verərək, xəbərdar etmişdik ki, belərnxoşagəlməz faktlara göz yummaq daha da pis nəticələrə çıxaracaq. Lakin həmənrnzaman sərt cəza ilə üzləşməyən Salmanov artıq dünənki görüşdə daha da ifratrnformada haqsızlıqlar etdi. Onun bundan sonra da cəzasız qalmasının nəyə gətiribrnçıxaracığını hətta təsəvvür etmək çətindir. Hal-hazırda respublikamızdarnkorrupsiya əleyhinə keçirilən genişmiqyaslı tədbirlərin fonunda, bilavasitərnbizə aidiyyatı olan futbol sahəsində də müvafiq addımların federasiyarnsəviyyəsində atılmasını qaçılmaz hesab edirik. Bu yöndə ilk növbədə adı çirkin əməllərdərnhallanması adi hala çevrilmiş Hakimlər Komitəsində islahatların aparılmasırnzəruri olmasında əminliyimizi bildiririk və lazımi tədbirlərin dərhal vərntəxirəsalınmadan görülməsini tələb edirik”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail