«Xəzər Lənkəran»da yeni rekordçu

24.11.2010 | 3378 dəfə oxunub

Premyer Liqanın XIV turu "Xəzər Lənkəran" klubu üçün yeni rekordla əlamətdar olub. Komandanın yarımmüdafiəçisi Alim Qurbanov 156-cı dəfə klubun formasında meydana çıxıb. "Muğan"la görüşdə 90 dəqiqə əvəzlənmədən meydanda olan 33 yaşlı futbolçu bu göstəricidə "Xəzər Lənkəran" tarixinin mütləq rekordçusu olub. Klubun yarandığı 2004-cü ildən "Xəzər Lənkəran"ın şərəfini qoruyan Alim bu tura qədər şərik olduğu Rəşad Abdullayevi arxada qoyub.

rn

"Xəzər Lənkəran"ın heyətində ən azı 100 oyun keçirənlər

rn

1. Alim Qurbanov       156

rn

2. Rəşad Abdullayev 155

rn

3. Rahid Əmirquliyev 131

rn

4. Radomir Todorov   119

rn

5. Kamran Ağayev      105

rn

Alim Allana çatdı

rn

Premyer Liqanın XIV turu "Xəzər Lənkəran" klubunun əfsanəsi Alim Qurbanov üçün həm də məhsuldarlıq cəhətdən əlamətdar olub. Belə ki, 33 yaşlı yarımmüdafiəçi 6 ildir şərəfini qoruduğu klubun heyətində ilk dəfə dubla imza atıb. O, "Muğan"la görüşdə 2 qola imza atmaqla son 2 turda vurduğu topların sayını 3-ə çatdırıb. Bu isə Qurbanovun "Xəzər Lənkəran"ın tarixi ərzində rəqib qapısından keçirdiyi qollarının sayını 11-ə çatdırıb. O, bu göstəricidə Allan Lalin və Junior Osvaldoya çatıb.

rn

"Xəzər Lənkəran"ın heyətində ən azı 10 qol vuranlar

rn

1.          Zaur Ramazanov         44

rn

2.          Samir Əliyev                 34

rn

3.          Mario Souza                 26

rn

4.          İvan Tsvetkov               24

rn

5-7       Rəşad Abdullayev       18

rn

5-7       Vüqar Nadirov              18

rn

5-7       Oqtay Dərəlioğlu         18

rn

8           Rahid Əmirquliyev      17

rn

9           Edmond N'Tiamoa     13

rn

10         Emin Quliyev               12

rn

11-13   Alim Qurbanov            11

rn

11-13   Junior Osvaldo           11

rn

11-13   Allan Lalin                    11

rn

1152 gündən sonra

rn

Premyer Liqanın XIV turunun "Muğan"la oyununda "Xəzər Lənkəran"ı meydana kapitan kimi Alim Qurbanov çıxardı. Klubun formasını hamıdan çox geyən yarımmüdafiəçi 3 illik fasilədən sonra sarğını daşıdı. İndiyədək karyerası boyu 2 dəfə "Xəzər Lənkəran"ı kapitan kimi meydana çıxaran Qurbanov ilk dəfə bu şərəfə çempionat oyununda nail oldu. Belə ki, əvvəllər o bunu yalnız kubok matçlarında etmişdi. 2006/07 mövsümünün 1/16 final mərhələsinin "İnter-2" ilə cavab oyununda "Xəzər Lənkəran"ın kapitanı məhz Alim idi. Bu matç 2006-cı il oktyabrın 17-də baş tutub. Qurbanovun ikinci kapitanlığı isə 2007/08 mövsümünün 1/16 final mərhələsinin ilk qarşılaşmasında yaşanıb. O, NBC (indiki "Muğan") klubu ilə səfərdə keçirilən ilk matçda bu məsuliyyətli vəzifəyə layiq görülüb. Həmin - 2007-ci il sentyabrın 26-da baş tutan matçdan 1152 gündən sonra Alim yenə kapitan oldu. Lakin həmin iki görüşün hər ikisində eyni - 3:1 hesabı ilə qalib gələn komandamız bu dəfə 3:1 yox, 2:0 hesabına sevinib.

rn

"Xəzər Lənkəran"ın kapitanları

rn

1                Mahmud Qurbanov      59

rn

2                Kamran Ağayev            49

rn

3                Emin Quliyev                 25

rn

4                Samir Əliyev                  24

rn

5                Zaur Ramazanov          23

rn

6                Dmitri Kramarenko      19

rn

7                Arif Əsədov                    14

rn

8                Elmar Baxşıyev             10

rn

9                Bəxtiyar Musayev           4

rn

10              Alim Qurbanov               3

rn

11-12        Füzuli Məmmədov        2

rn

11-12        Junior Osvaldo              2

rn

13-17        Aleksandr Martyoşkin   1

rn

13-17       Ədəhim Niftəliyev           1

rn

13-17       Rəşad Abdullayev          1

rn

13-17       Rahid Əmirqulıiyev        1

rn

13-17       Xaqani Məmmədov       1



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail