"Gəncə"də lotereya oyunu

02.11.2010 | 2419 dəfə oxunub

Mövsümə ardıcıl heç-heçələrlə başlayan, amma sonradan çempionluğa iddialı "İnter" və "Xəzər-Lənkəran"ı məğlub etməklə bir anda diqqət mərkəzinə düşən "Gəncə" X turda fiaskoya uğradı. Əyalət təmsilçisi əzəli rəqibi olan "Neftçi" qarşısında heç bir varlıq göstərə bilmədi. "Qəbələ" ilə görüşün qolsuz bitməsi də debütantın ilk "altılıq" iddiasının üstündən xətt çəkmədi. Təbii ki, son oyunlarda kifayət qədər tamaşaçının gəlməsi "Gəncə" rəhbərliyinin üzünü güldürməyə bilməz. "Xəzər"lə qarşılaşmanı 7500 azarkeş izlədisə, "Qəbələ" ilə matçda onların sayı 7 min idi. Bəzi əhəmiyyətli oyunlara azarkeşlərin cəlb edilməsi məqsədi ilə uduşlu lotereya keçirilir. Bununla xüsusilə də kubok oyununun finalında tez-tez rastlaşmaq mümkündür. Elə "Gəncə"nin prezidenti Elmir Əliyev də saytımıza açıqlamasında uduşlu lotereyanın keçirilməsinin planlarında olduğunu bildirib: "Bununla bağlı planımız var. Ancaq hələ istifadə etməmişik. Ola bilsin, "Neftçi" ilə kubok oyununda bunu tətbiq edək. Uduşa kompüter, televizor, DVD kimi məişət əşyaları ilə yanaşı, avtomobil də qoymaq istəyirik. Amma bu hələ plan şəklindədir".

rn

 

rn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail