İslam futbola necə baxır? - YAZI

24.11.2010 | 8760 dəfə oxunub

Almanların «fusbal», macarların «labduraqaş», polyakların «pilka nojka», italyanların «kalçio», azərbaycanlıların və əksər dünya millətlərinin «futbol» adlandırdığı oyun necə yaranıb? Futbolun dəqiq harda və nə vaxt yarandığı məlum deyil. Ayaqla top oyunu Qədim Şərq xalqlarına məlum idi və antik dövrün ölkələri olan Yunanıstan və Romada geniş yayılmışdı. Müasir futbolun «ulu babası» Qədim Çində iki min il bundan əvvəl mövcud olub. 16-cı əsrin ortalarında İngiltərədə qədim və indiki futbola oxşayan oyunlar çox məşhur olub. Şəhərin küçə və meydanlarında hər iki tərəfdən 500-dən çox adamın oynadığı bu oyun əlbəyaxa döyüşlərin getdiyi meydanı xatırladıb. O vaxt günorta başlayan oyun axşam qaranlıq düşənə qədər davam edirmiş. Topu təyin olunan yerə çatdıran və ya eni 400 metr olan «qapı xətti»ni keçən komanda qalib hesab olunurmuş. Həmin vaxt oyunlar üçün ayrıca sahələr olmadığı kimi, müasir futboldakı qayda-qanunlar da olmayıb. İngilis futbolu haqqında 16-cı əsrdə ingilis yazıçısı Stabbes belə yazırdı: «Futbol özüylə qalmaqal, səs-küy, ədavət gətirir. Bu, dava etmək üçün bəhanələr yığınağı və qan çanağıdır». Yazıçının digər müasiri isə futbolu belə xarakterizə edirdi: «yanaqlar qançır, ayaq, əl və bel qırılmaları, çıxarılmış göz, bütün qan içərisində olan burun - bax budur futbol».

rn

TƏHLÜKƏLİ SİYASİ MƏŞĞULİYYƏT 
Hətta bəzi dövrlərdə futbol təhlükəli siyasi məşğuliyyət də hesab olunub. İngilis kralı 2-ci Eduard 1313-cü ildə «şeytanın hoqqası» adlandırdığı futbol oyunlarını krallığın ərazisində qadağan edib. Bu qadağanı pozanlar isə həbsxanaya salınırmış. 1389-cu ildə kral 2-ci Riçard futbol oynayanlara qarşı daha qəddar olub. Onun dövründə futbol oynadığına görə adamlar ölümə məhkum edilirmiş. 

Bu qayda 1603-cı ilə qədər davam edib. 

QAYDALARA UYĞUN İLK OYUN

rn

Qaydalara uyğun ilk oyun 1681-ci ildə keçirilib. Həmin oyunda kralın komandasının məğlub olmasına baxmayaraq, o, rəqib komandanın oyunçularını mükafatlandırıb. 19-cu əsrin əvvəllərinə qədər ingilis komandalarında oyunçuların sayına hər hansı məhdudiyyət qoyulmayıb, əsas məqsəd qələbə çalmaq olub. Bu vaxt insan ölümünə belə əhəmiyyət verilmirmiş. 19-cu əsrin 20-ci illərində ilk dəfə futbolun qaydalarının yaradılmasına cəhd olub. Amma oyunun ancaq ayaqla, yoxsa həm də əllə oynanılması ilə bağlı müzakirə mübahisə ilə başa çatıb. Bir tərəf yalnız futbolun ayaqla oynanılmasını desə də, digər tərəf həm də əllə oynanılmasını istəyib. Nəhayət, uzun müzakirələrdən sonra 1848-ci ildə «Kembric qaydaları» meydana çıxıb. Amma bu qaydalara sonradan heç kim əməl etməyib. 1863-cü il oktyabrın 26-da Londonda futbol komandalarının kapitanları toplaşaraq bir daha məsələni müzakirə ediblər. Həm ayaqla, həm də əllə oynamağın tərəfdarı olanlar toplantını tərk edərək, «futbol-reqbi» liqasını yaratdıqlarını açıqlayıblar. Futbolun yalnız ayaqla oynanılmasının tərəfdarı olan 11 nəfər 13 bənddən ibarət qaydaları işləyib hazırlayıblar. 1863-cü il dekabrın 1-də həmin qaydalar qəzetlərdə dərc olunub. Və beləcə futbol dünyaya gəlib.

rn

KİLSƏNİN QƏRARI

rn

Yunanıstanda kilsə həm də bir futbol fanatı olan altmış yaşlı keşişi xuliqanlıqda ittiham edib. PAOK komandasının fanatı olan keşiş özünün dini paltarında boynuna da komandasının şərfini salaraq azarkeşlik edib. Fanatlar arasında "Papa PAOK" adı ilə tanınan keşiş hətta, bir qrup tərəfdarla birlikdə rəqib komandaya söyüşlər yağdırıb. Elə həmin səhnədən çəkilmiş video da YouTube video paylaşma şəbəkəsində yayılıb. Bundan sonra kilsənin dini şurası toplaşaraq həmin keşişi xuliqanlıqdan ittiham edib, onun bir daha fanatlar arasında görünməsinə qadağa qoyub. Buna cavab olaraq komandanın azarkeşləri də Facebookda "Papa PAOKa azadlıq" adlı kampaniya başlayıblar. Kampaniya artıq 7500 nəfər tərəfdar toplayıb.

rn

ƏN CİDDİ QİYMƏT

rn

İslam yarananda futbol yox idi, elədə haradan bilək ki, futbol halaldır, ya haram? Bəs futbolda kimin udması ilə bağlı mərc gəlib, pul qoymaq necə? Azərbaycan idmançıları arasında islamın yayılması idmana mane olmur ki? İlahiyyatçı Kəbleyi Sübhi deyir ki, İslam dini yaranmışların hamısını hərəkətə dəvət edir. Və bu din idman oyunlarının hamısını bəyənir. Onlar sırasında haram olanı yoxdur: «Düzdür, o vaxt futbol olmayıb. Amma o demək deyil ki, o zaman olmayan şeylər indi yaranıb deyə, haram olmalıdır. İslamda yalnız qumar qəti qadağan edilib. Hz. Peyğəmbərdən qabaqkı zamanlarda istifadə olunan, qumar üçün istifadə olunan kartlar var idi ki, onları pulnan da oynasan haramdır, pulsuz oynasan da. Amma nərd, domino, boks və müxtəlif idman növlərinin haramçılığı yoxdur».

rn

İCAZƏNİN YÖNÜ

rn

Bu kimi çevrələrdə ara-sıra suallar dolaşır: bir futbol klubunun tərəfdarı olmaq caizdirmi? Digər qeyri-müslüm komandaların oyunlarını stadiondan, televiziyadan izləyibdəstəkləmək necə? Ümumi cavab: Futbol oynamaq və izləmək caizdir. Ancaq bu mövzuda diqqət edilməsi gərəkən bəzi xüsuslar var: Top oyunlarında namazın gecikdirilməsinə və ya tərkinə, vücudun yaralanmasına, zədələnməsinə səbəb olmadığı müddətçə bir mahzurdan söz edilməz. Bu xüsuslardan biri ciddiləşərsə, bəyənilməz. Bu gün dünya çapında oynanılan idman oyunları, hansı adı daşıyırsa-daşısın, əsl vətənı hansıi ölkə olursa-olsun, gərək fərdî, gərəkse komanda halında oynanılmasında bir sıxıntı yaratmır. İslam üləması yenə insanın hüzuru və rahatlığı üçün bu xüsuslara diqqətimizi çəkir: 
1. Oynayarrkən və seyr edərkən pis sözlərin söylənilməsinə meydan verilməməli. 
2. Oynayanların və seyr edənlərin zəruri işlərini tərk etməyə səbəb olacaq qədər zaman israfına yol açmamalı. 
3. Oynanılan oyunlar heç bir şəkildə qumara alət edilməməli. 
4. Namaz və oruç kimi vacib ibadətlərin zamanında yerinə yetirilməsinə əngəl olmamalı. 
5. İnsan bədəninin zərər görməsinə və ölümünə səbəb olacaq qədər təhlükə yaratmamalı. 
6. Çevrəyi rahatsız edəcək qədər ayrı hərəkətlərə meydan verməməli. 
7. Qıyafət və sair nöqtələrdə, «Quran»lə icazə verilən ölçüləri aşmamalı.

rn

BİR STƏKAN ÇAY ÜÇÜN 

rn

Kəbleyi Sübhinin sözlərinə görə, istənilən idman növünü qumar halına salmaqla onu haram etmək olar. Amma gərək pul oyun daha geniş kütləni əhatə etsin: «Əgər məhəllədə oturub bir stəkan çaya nərd, ya domino oynayırsansa, bu, haram sayılmaz. Kimsə çempionatda iştirak edib mükafat qazanırsa, bu da haram deyil». 

«İSLAM MƏNƏ HƏR ŞEYİ ÖYRƏTDİ»
Milli komandanın kapitanı Rəşad Sadıqov neçə illərdir ibadətlə məşğuldur. Deyir ki, İslam onun peşəkar fəaliyyətinə çox yardımçı olub: «Quranda da ayə var ki, cinləri və insanları yaratdım ki, mənə ibadət etsinlər. Mən də onun əmrini yerinə yetirirəm. Tək peşəkar fəaliyyətimdə yox, bütün həyatımda mənə dəstək olub Düzgün yaşamağı, ata-anaya hörməti, qonşuya, dosta, dövlətə-millətə hörməti öyrədib. Bunların hamısı İslamdan keçir və hamısını bizə öyrədir və daha da möhkəmləndirir».

«ALLAH M
ƏNİM QAPIMI AÇDI»

rn

Tanınmış idman ustası Hacı Məhəmməd isə İslama üz tutandan sonra nailiyyətləri daha da çoxalıb. Milliyyətcə rus olan və əvvəllər Vitali Apuşkin adını daşıyan bu idmançı 50 yaşında ikən gördüyü yuxudan sonra müsəlman olmağa qərar verib. İslamı qəbul edəndən sonra müxtəlif beynəlxalq yarışlarda veteranlar arasında dünya və Avropa çempionu adını qazanıb: «Mən müsəlman olan kimi namaza gəldim. Allah mənim üçün qapını açdım. 61 yaşında cüdo üzrə Avropanı udmuşam. Qəbul edən kimi Allah mənə güc verdi, şəfa verdi. İslama gəldim. «La-ilahə illəllah» deyib, müsəlman olmadım, necə lazımdır eləmişəm. Mən əvvəl içki içirdim, siqaret çəkirdim,  söyüş söyürdüm».

rn

ORUCLUQ DAVASI

rn

rnrn

rn

Ramazanın 11 ayın sultanı olmasına İslasm dünyasında münasibət birmənalıdır, sadəcə, yerdən və şərait «əmma»sı bəzən futbolda keçərlidir. Almaniyada forma geyinən futbolçular müqəddəs Ramazan ayında orucu poza bilərlər. Bu məsələ Almaniyanın II divizionunda çıxış edən "Frankfurt" 3 futbolçusunu oruc saxladıqları üçün cərimələyəndən sonra gündəmə gəlib. Klub qərarını futbolçularının oruc tutmalarının nəticələrinə mənfi təsir göstərməsi ilə əsaslandırıb. Bundan sonra müsəlmanların mərkəzi şurası Misirin "Əl-Əzhər" universitetinə müraciət edib. Həmin qurum müsəlman dünyasında baş ilahiyyat mərkəzi sayılır. Universitet qərara gəlib ki, müsəlman idmançılar imzaladıqları müqaviləyə əsasən oynamalıdırlar və orucu poza bilərlər. Almaniyadakı müsəlman icması və yerli ekspertlər də belə qənaətə gəlib. "Barselona" isə fərqli yol seçib. İspaniya təmsilçisi müsəlman futbolçuları Erik Abidal və Seydu Keytanın Ramazan ayı ərzində çətinlik yaşamamasının qayğısına qalıb. Katalon rəhbərlik nə futbolçularının oruc tutmağına qadağa qoymağa qoymaq fikrində olub, nə də onların fiziki cəhətdən zəifləməsinə göz yummaq istəyib. Bunu nəzərə alan ispaniyalılar hər iki oyunçusu üçün xüsusi menyu hazırlayıb. Legionerlərə təklif olunan bu menyu Abidal və Keytanın orqanizminin oruc vaxtı zəifləməməsinə kömək edib. İranın "Stil Əzin" klubu isə tanınmış futbolçusu Əli Kərimi ilə yollarını ayırmağa qərar verib. Milliyyətcə azərbaycanlı olan hücumçunun komandasından kənarlaşdırılmasına oruc tutmamağı səbəb olub. "Stil Əzin" rəhbərliyi Kərimini Ramazan ayının qaydasını pozduğu üçün bu yolla cəzalandırıb. Bununla da 2009-cu ilin iyulundan "Stil Əzin"də oynayan futbolçu klubsuz qalıb. İran millisində 112 oyuna 36 qol vuran Əli 2004-cü ildə Asiyanın ən yaxşı futbolçusu seçilib. Azərbaycan Premyer Liqasının iddialı iştirakçılarından AZAL mövsümə uğurla başlasa da, özündən zəif rəqiblərlə görüşlərdə xal itirdi. «Təyyarəçilər»in prezidenti Vaqif Qasımov: «Azərbaycanlı uşaqlar da daxil olmaqla, bir neçə futbolçumuz oruc tutublar. Mənim bundan xəbərim olmayıb. İndi onlar buna görə cəzalandırılacaqlar. Zohair Benouahi heç birinci hissənin sonuna qədər oynaya bilmədi. Nəticədə baş məşqçi onu əvəzlədi. Bilmirəm, məşqçilər hara baxır, onlar futbolçuların oruc tutmalarını görmürdülər? Komandanı bu vəziyyətdə oyuna buraxmaq olar? Bunlar futbol oynamağa gəliblər, yoxsa oruc tutmağa?» Ancaq 28 yaşlı kapitan Aqil Məmmədov oruc tutmağın futbolçulara elə də problem yaratmadığını vurğulayıb: "Mən də oruc tuturam. Amma oyundan bir gün əvvəl orucumu pozuram. Etiraf edim ki, oruc saxlayıb məşqə çıxan zaman heç bir problemlə üzləşmirəm. Özümü normal hiss edirəm".

rn

 «FUTBOLÇULARI AĞIR YÜKLƏMƏK OLMAZ»

rn

Az öncə 70 yaşını qeyd edən Boris Xetaqurov uzun müddət "Neftçi"də, sonra isə Azərbaycan yığmasında işləyib. Son 5-6 ildə "Xəzər-Lənkəran"da çalışan, tibbi mərkəz yaradan təcrübəli həkim Ramazan bayramına hörmətlə yanaşır: "Mən futbolçuların oruc tutmasına pis baxmıram. Təcrübəli həkim kimi deyə bilərəm ki, oruc tutmağın futbolçulara tibbi nöqteyi-nəzərdən ciddi ziyanı yoxdur. Düşünmürəm ki, oruc tutmaq futbolçulara mənfi təsir göstərsin. Hər halda, oruc gündüzə təsadüf edir və həmin vaxt oyunçular adəti üzrə çox qidalanmır. Sadəcə, həmin vaxt fiziki hazırlıqda problemlərin yaranmamağına diqqət yetirmək, yükləmələri azaltmaq lazımdır. Futbolçunun oruc vaxtı orqanizmində böyük dəyişiklik olmur, problem yaranmır. Hər halda, şəxsən zəngin təcrübəm dövründə bununla bağlı neqativ halla, mənfi təsirlə qarşılamamışam. Onu nəzərə alaq ki, çalışdığım komandalarda oruc tutanlar olub. Düzdür, indi "Xəzər Lənkəran"da futbolçular yox, texniki heyətin işçiləri orucdur". Başda millimizin baş məşqçisi Berti Foqts olmaqla, digər çalışdırıcılar və klub rəhbərliyi Ramazanda futbolçuların oruc tutmasından narazı qalır və bunu orqanizmin zəifləməsi ilə əsaslandırırlar. Ancaq Xetaqurov bununla razılaşmır: "Bilirsiniz, bu məsələdə baş məşqçilərdən çox şey asılıdır. O, məşq prosesini elə tənzimləməlidir ki, problem yaranmasın. Təbii ki, oruc tutan futbolçularını ağır yükləmək olmaz. Bu işin öhdəsindən Ağasəlim Mircavadov yaxşı gəlirdi. Onunla elə "Xəzər-Lənkəran"da bunun şahidi olmuşdum. Mircavadov əsl müsəlmandır, dindar insandır, Həccə gedib, hər il oruc tutur. O, proqramına əsaslanıb, Ramazan ayında futbolçuları necə hazırlaşdırmağı yaxşı bilirdi. Mən də həkim kimi futbolçuların qidalanmasına xüsusi fikir verirdim. Onlara axşam oruclarını açan zamanı vitaminlər, kalorisi çox olan, orqanizmi gücləndirən qidalar verirdim".

rn

 UDMAQ ÜÇÜN DUA EDİB, NAMAZ QILAN DA VAR

rn

İlahiyyatçılar hesab edir ki, azarkeşlər sevdikləri komandanın qalib gəlməsi üçün Allaha dua etməli deyillər. Onlardan biri: «Mən özüm də futbol həvəskarıyam. Komandam məğlub olanda dua etməmişəm ki, İlahi ona qələbə qazandır. Allah o qədər gözəl və ədalətlidir ki güc hansındadırsa qalibiyyət də onun olacaq. Elələri var ki, komandasının qalib gəlməsi üçün iki rükət namaz da qılır. Bu, düzgün deyil. Bəzi adamlar deyir ki, mən namazı qoyub, futbola baxmaram. Namaz vaxtı fikri futbolun yanında qalacasa, onu qılmasa, yaxşıdır».

rn

Səddam HÜSEYNLİ

rn

 

rn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail