Rəşad Sadıqov: "Qarabağ" mənə daha da doğmalaşdı"

14.03.2011 | 5248 dəfə oxunub

“Qarabağ” son 8 oyunda ardıcıl qələbələrlə yenidən medallar uğrunda mübarizəyə qoşulub. Stadium.az xəbər verir ki, 4-cü pillədəki “İnter”i 5 xal üstələyən Ağdam klubu 2-ci sıradakı “Xəzər Lənkəran”dan 2 xal geridə qalır.
 
Final mərhələsində növbəti rəqib isə çempionatın sürpriz iddialısı AZAL-dı. “Təyyarəçilər”lə oyundan öncə “Qarabağ”ın müdafiəçisi, Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov “İnter”lə baş tutan son oyun haqqında danışıb:
 
“2:0-lıq qələbə qazansaq da, oyun heç də gözlənildiyi kimi asan olmadı. Rəqib taktiki cəhətdən oyuna yaxşı hazırlaşmışdı. Meydanda bizə boş yer verməməyə çalışırdılar. Gərgin oyun oldu. Əsas odu ki, lazım olan məqamda fərqlənə bildik. “İnter”in yaxşı oyun modeli var. Zənnimcə, “bankirlər” sona qədər mübarizə aparacaq”.
 
Ötən mövsümün ən yaxşı futbolçusu 8 oyunluq qələbə seriyası və qarşıdan gələn AZAL-la oyun barəsində də fikirlərini bildirib: “Açığı, qələbə seriyası haqqında fikirləşmirik. Çünki, nəzəri cəhətdən bu, bizə heç nə vermir. Biz hər bir oyuna xüsusi köklənməyə çalışırıq. Düzdü, istənilən halda belə seriya futbolçu üçün yaxşıdı. Amma bu seriya bizə AZAL-la oyunda 3 xal verməyəcək. AZAL Xəzər Lənkəran”ı son turda məğlub etməklə bir daha güclü komanda olduğunu sübut edib. AZAL-la oyun mənə görə mövsümün ən vacib oyunudu.  Ona görə də çətin oyuna indidən köklənməyə çalışırıq”.
 
Qışda yenidən doğma komandasına dönən Rəşad adaptasiya ilə bağlı da danışıb: “Deməzdim ki, uyğunlaşma problemi oldu. Həm aradan elə də böyük zaman keçməyib, həm də hamısı eyni uşaqlardı. Əksinə deyərdim ki, qısa ayrılığın mənə xeyri də dəydi. “Qarabağ”ın dəyərini daha yaxşı anladım. Bu komanda mənə daha da doğmalaşdı”.
 
29 yaşlı müdafiəçi “Qarabağ”ın Premyer Liqadakı hədəfləri barəsində də danışıb: “Qarabağ”da elə bir mühit var ki hər kəs futbol haqqında fikirləşir. Rəhbərlik elə mühit formalaşdırıb ki, komanda üzərində heç bir təzyiq hiss etmir. Əsas hədəfimiz avrokuboklardı. Əla, mehriban kollektivimiz var. Başımızı aşağı salıb öz işimizi görürük. Qarşıda bizi bir-birindən çətin 9 oyun gözləyir. Yenə də qeyd edirəm ki, əsas məqsədimiz hələlik AZAL-la oyundu. AZAL-la oyunda sonra isə növbəti rəqib haqqında fikirləşəcəyik. Bu bizim, artıq bizim psixologiyamızdı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail