Adil Nadirovdan sərt ismarıc: «Adam gərək kişi olsun»

«QARABAĞ» HƏLƏ O GÜNƏ QALMAYIB Kİ, HƏR YETƏN ONA DAŞ ATSIN»

25.11.2010 | 3710 dəfə oxunub

«Qarabağ» Futbol Klubunun təsisçisi Adil Nadirov AZAL-la oyunda baş vermiş olaylardan sonra haqq səsini ucaldaraq ürəyində olanları klubun rəsmi saytıyla bölüşüb: «50 ildi «Qarabağ» komandasının içindəyəm. Özümü dərk edəndən bu komandaya bağlanmışam. Komandanın ən çətin günlərində o ağrıları mən yaşamışam. İllər olub komandanı tək saxlamışam. Bu vaxtadək «Qarabağ»ı doğma balam bilmişəm. Heç kim «Qarabağ»ı mənim kimi sevə bilməz. Ona görə də mən əyriləri də, doğruları da birbaşa söyləməkdən çəkinmirəm. 2 aydı səhhətimlə bağlı evdən çölə də çıxa bilmirdim. İnanırsız, o gün ilk dəfə oyuna getdim. Eşitdiklərimə inanmağım gəlmədi. Məni dəli gülmək tutdu. Harda görülüb ki, sponsoru  istefaya çağırsınlar? Azarkeş ancaq baş məşqçini istefaya çağıra, futbolçulardan narazılıq bildirə bilər. Qardaş, belə şey ancaq bizdə ola bilər. Adam gərək kişi olsun, yaxşını da, pisi də üzə söyləsin. Heç vaxt heç nədən çəkinməmişəm. «Azersun Holdinq»in prezidenti Abdolbari Goozalın bu komandaya etdiklərini necə unutmaq olar? 2001-ci ildə «Qarabağ»da cəmi 6 nəfər qalmışdıq. Bunlardan cəmi 3-ü futbolçu idi. O kişi (Abdolbari Goozal) məni yanına çağırıb komandanı himayəyə götürəndə bircə cümlə dedi: Mən «Qarabağ»ı ona görə götürürəm ki, «Qarabağ» adı ermənilər qarşısında xəcil olmasın. Qoy deməsinlər ki, «Qarabağ» bu gün yaşamır. Mən bunu heç vaxt unutmuram. Goozal bəyin haqqını necə unutmaq olar?! O uşaqların istefa qışqırmasını heç cür anlamıram. Yəqin onları kimsə öyrədib ki, düşüblər ortalığa. Adam komandaya hər günündə dəstək olar. Nə oldu, a bala? 3-4 ay bundan qabaq bu komanda avropada tarix yazanda bu rəhbərlikdən yaxşısı yox idi? Bir dözərdiniz də. Bəlkə, komanda AZAL-ı udacaqdı? Bu komandada mənim qədər haqqı olan 2-ci bir adam yoxdu. Amma insan «Azersun Holdinq»in, Goozal bəyin etdiklərinə necə kor ola bilər? Bu gün «Qarabağ»ı Azərbaycanda hamı sevir. Mən bu işi belə qoymayacam. Əgər siz Ağdamlısınızsa, mən də Ağdamlıyam. Hər halda,  məndən betər ağdamlı ola bilməzsiniz. Yaxşı günün dostu hamı ola bilər. Amma dar gündə insanın iç üzü meydana çıxır. «Qarabağ»la bağlı kimin sözü varsa,  gəlsin mənə desin. Bütün Azərbaycan «Qarabağ»dan danışır. Bunlar isə «Qarabağ»ı içəridən parçalamağa çalışır. Komandanı əsl sevən insan belə etməz, bala!! Ola bilər, olar, uşaqdılar. Hələ həyatda bərkə-boşa düşməyiblər. Amma kimsə onları nəyisə düzgün başa salmayıb. Mən çox şeyə danışa bilərəm. Amma insan gərək vicdanını hiss etsin. Əlini ürəyinin üstünə qoysun ki, mən etdiyim düzdü, ya yox? 9 il ərzində görmüsüz ki, bir futbolçu «Qarabağ»dan, «Azersun»dan şikayət etsin? Bu gün hansı klubun «Qarabağ» kimi daimi dayağı var? Əgər «Azersun»un bu siyasəti olmasaydı «Qarabağ» 2 il avropada play-off oynaya bilərdi? Yenə də deyirəm, kimin nə sözü var, gəlsin mənə desin. «Qarabağ» hələ o günə qalmayıb ki, hər yetən ona daş atsın».

rn

 

rn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail