«MKT-Araz» 1:0 hesabıyla udduğu «Ədliyyə» ilə oyunu pulla alıbmış?! EKSKLUZIV

26.11.2010 | 4532 dəfə oxunub

3 noyabr (şənbə) 2010-cu il tarixində I Divizionun X turu çərçivəsində keçirilən «Ədliyyə» - «MKT Araz» oyunun nəticəsi əvvəlcədən məlum imiş. Aldığımız məlumata görə, sən demə, «MKT Araz» oyunu alıbmış. Belə ki, İmişli klubu qarşı tərəfə müraciət edib ki, onsuz da heç bir iddiaları yoxdu, amma onların var. Həm də ciddi maliyyə sıxıntısı içindədilər. Və kluba yeni sponsor gəlir. Bu adam da «Ədliyyə» ilə oyuna baxmağa gəlib. Əmək haqları verilmədiyindən 8 oyunçu «MKT Araz»dan ayrıldığından, İmşli klubunun «Ədliyyə»ni udması çox çətin görünürdü. Buna görə də İmşli təmsilçisi məsələni 90 dəqiqəyə buraxmayıb və daha öncədən işi həll etməyə çalışıb. Bu səbəbdən də «Ədliyyə»dən danışdıqları şəxsə 2500 manat pul verib. Bu para isə futbolçular arasında bölünüb. Oyunu 0:1 hesabı ilə qazanan «MKT Araz»ın sponsor məsələsində istəyinə çatıb-çatmadığını söyləyə bilmərik, amma ortada bir oyun alveri var. «Azərbaycan futbolu günü gündən inkişf edir» deyənlər üçün böyük fakt açıqladıq. Getsinlər, araşdırsınlar!

rn

İnkar edəcəklərini bildiyimizdən, tərəflərdən heç biriylə əlaqə saxlamadıq. Axı kim deyəcək ki, «hə, biz bunu etmişik?». Amma istənilən halda hər iki tərəfin fikrinə saytımızda yer verməyə hazırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail