Qarabağlılar «Qarabağ»ın müdafiəsinə qalxdı...

26.11.2010 | 3057 dəfə oxunub

«Qarabağ» zor günlər yaşayır. Komandanın işi zədəli futbolçuların çoxluğundan yaxşı getmir. AZAL-a məğlubiyyət günü bir sıra «azarkeşlərin» klubun sponsorlarını istefaya çağırması futbolçuların da ziddətinə səbəb olub. Elə bu səbəbdən oyunçular, klubun rəsmi saytına açıqlama veriblər:

rn

Müşfiq Hüseynov, məşqçi: «Qarabağ» komandası mənim sözün bütün mənalarında evimdi. Karyeramı bu klubda başlamışam. Elə karyeramı «Qarabağ»da da bitirdim. Çox ağır günlərimiz olub. Bəzən aylarla pul üzünə həsrət qalmışıq. Amma şükürlər olsun ki, son 10 ildə «Qarabağ» ailəsi bir rahatlığa qovuşub. Komandamızın rəhbərliyi elə bir ailə mühiti yaradıb ki, hər kəs özünü çox rahat hiss edir. «Qarabağ» rəhbərliyi daim öz dəyərlərinə sahib çıxır. Mən futbolu bitirən kimi, rəhbərlik məni çölə atmadı. Dərhal işlə təmin olundum, elə karyeralarını «Qarabağ»a həsr etmiş Səttar Əliyev, Yaşar Hüseynova da vida mərasimi təşkil edildi, dəyərli hədiyyələr verildi və doğma komandalarında məşqçiliyə başladılar. Bu gün hansı klub rəhbərliyi bunu edib? Ona görə də qarabağlılar bu rəhbərliyinin etdiklərini heç vaxt unuda bilməz».

rn

Vüqar Nadirov, futbolçu: "Futbolun sirrlərini «Qarabağ»da öyrənməyə başlamışam. Hətta uşaq yaşlarımdan belə «Qarabağ» rəhbərliyi mənə xüsusi olaraq maaşla təmin edirdi. İlk dəfə «Qarabağ»ın heyətində meydana çıxanda 15 yaşım vardı. «Qarabağ» rəhbərliyi daim mənə sahib çıxdı. Bir ağdamlı, qarabağlı olaraq daim rəhbərliyin diqqətini öz üzərimdə hiss etmişəm. Onlardan bu baxımdan heç vaxt narazı qala bilmərəm. «Qarabağ»a 2-ci dönüşümdə də demişdim, «Qarabağ» mənim ailəmdi. Yaradılan bütün bu şəraitə görə «Qarabağ» rəhbərliyinə təşəkkür edirəm».

rn

Namiq Yusifov, futbolçu: «Rusenborq»la oyun ərəfəsində demişdim ki, qoy mən meydanda ölüm,  amma «Qarabağ» qələbə qazansın. Bu cümlə heç də təsadüfən yaranmamışdı. Mən Ağdamlı olsam da, komandada hər kəsdən eyni yanğını görürdüm. Məhz rəhbərlikdən tutmuş ən sıravi işçiyə qədər hər kəsin eyni ruha sahib olmasının təzahürü «Qarabağ»ın ruhunu formalaşdırdı. «Qarabağ»da elə ab-hava var ki, burda oynamış istənilən futbolçu bunu təsdiq edə bilər. Rəhbərlik bizimlə elə davranır ki, sanki, öz övladlarıyıq. Başqa klublara da hörmətimiz var. Amma  Azərbaycanın heç bir klubunda «Qarabağ»da olduğu kimi həssas və futbolçuya diqqət verən rəhbərlik yoxdu».



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail