Kaxaber Tsxadadze də Berti Foqtsa qarşı çıxdı

«BERTİ FOQTSUN DEDİKLƏRİNİN BİZƏ AİDİYYATI YOXDU»

26.11.2010 | 2972 dəfə oxunub

"İnter"in baş məşqçisi Kaxaber Tsxadadze rəhbərlik etdiyi klubun rəsmi internet saytına verdiyi müsahibədə "Turan"la ötən turku oyun və "Muğan"la qarşılaşmaya hazırlıq barədə danışıb.

rn

- "Turan"la oyunda birinci dövrədəki kimi üç cavabsız qol vurmaq mümükün oldu.Bu oyunda "İnter" uğurlu oyun nümayiş etdirdi....

rn

- İndiki "Turan" birinci dövrədəkindən daha yaxşı görünürdü. Qonaq komanda inamla müdafiə olunur və hər əlverişli vəziyyətdə əks-hücuma keçməyə çalışırdılar. Komandanın yeni məşqçisinin işi görünürdü.Lakin biz təşşəbbüsü ələ aldıq və oyuna nəzarət edib üç qol vurduq. «Turan»la keçirilən qarşılaşmada həm oyunun təşkilindən, həm də nəticədən razı qaldım.

rn

- Qarşıda "İnter"i səfərdə "Muğan"la oyun gözləyir...

rn

- Muğan" kifayət qədər möhkəm və yaxşı komnadadı. Orda səviyyəli legioner çoxdu. Yerli futbolçular da ustalığı ilə seçilir. Odur ki, bizim üçün çətin və mürəkkəb oyun olacaq. Futbolçularımızı da buna hazırlaşdırırıq.

rn

- Salyanda stadionun ot ortüyü o qədər də yaxşı vəziyyətdə deyil...

rn

- Təəssüf ki, Azərbaycanda təbii ot örtüyünə malik meydançalarla bağlı vəziyyət yumşaq desək, arzu olunan səviyyədən uzaqdı. Növbəti ilk oyunu biz təbii örtüklü stadionlarda keçirəcəyik. Bu səbəbdən Zabrat qəsəbə stadionunda məşq edirik. Bu günlərdə yağış yağdığından işimiz çətinləşib.

rn

- Bu yaxınlarda Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqst bildirdi ki, futbolçuları mütəmadi olaraq ölkənin milli komandasına çağırılan bəzi klub məşqçiləri ictimayyət qarşısında birmənalı danışmırlar. Alman mütəxəssisin fikrincə, milli komandanın təlim-məşqləri barədə ona müsbət fikir deyirlər, sonradan isə bunun tam əksini söyləyirlər. Bununla bağlı siz hansı fikrdəsiz?

rn

- Berti Foqtsun dediklərinin bizə aidiyyatı yoxdu. Bu mövzu ilə bağlı deyə bilərəm ki, milli komandanın təlim-məşq toplanışları təqvimlə öncədən planlaşdırılıb. Buna görə də klublar təqvimə uyğun öz qrafiklərini müəyyənləşdirməlidi. Biz də məhz belə edirik. Futbolçularımızın milliyyə çağırılmasına görə həmişə sevinmişik. Biz bununla fəxr edirik. Yalnız planlaşdırılmamış təlim-məşq toplanışları işimizi çətinləşdirir və hesab edirəm ki, belə toplanışlar keçirilməsə yaxşıdır.

rn

- Bu günlərdə məlum oldu ki,ölkənizin ən bpyük klubu,Tbilisinin "Dinamo" komandası satışa çıxarılıb...

rn

- Bu klubu himayəyə götürən şəxs uduzmayacaq. Gürcüstan futbol ölkəsidi, burda çoxlu istedadlı futbolçular yetişib, yetişir və bundan sonra da yetişəcək. "Dinamo" kimi vəsait yatırmağa daha münasib klub tapmaq çətindi. Bu klub geniş infrastruktura sahibdi. Mən "Dinamo"nu yaxşı tanıyıram. Orada oynamışam, komandaya məşq keçmişəm. İstərdim ki, yaxşı əllərdə olsun. Bunu klubun sahibləri - Patarkasişvili ailəsi də urzulayır. Onlar artıq bəyan ediblər ki, "Dinamo" klubunu yalnız uzunmüddətli inkişaf layihəsi qədim edən və işıqlı gələcəyinə zəmanət verən şəxsə satacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail