Fillipm Despotovski: "Həyat yoldaşım Maya əsas ilham mənbəyimdir"

26.11.2010 | 3280 dəfə oxunub

"İnter"in futbolçusu Filip Despotovski Makedoniya mətbuatına müsahibə verib. Makedoniyalı dayaq yarımmüdafiəçisi yayda keçdiyi komanda haqda fikirlərini açıqlayıb.

rn

- Bakının "İnter" klubunda sizi necə qarşıladılar?

rn

- Futbol elə şeydir ki, qısa müddətdə uyğunlaşma tələb edir. Bu da mənim üçün o qədər çətin olmadı.

rn

- Əvvəl çıxış etdiyiniz Ukrayna təmsilçisi "Vorskla"dan niyə ayrıldınız? Baş məşqçi ilə hansı probleminiz var idi ki, əsas heyət üzvü olduğunuz halda, birdən-birə ehtiyat oyunçular skamyasının sakininə çevrildiniz?

rn

- Mən əsas heyətdəki yerimi itirməklə barışmadım. Bu səbəbdən də müqaviləmi uzatmamağı lazım bildim.

rn

- Uzun müddət klubsuz qaldınız. Bu sizin yüksək əmək haqqı tələb etməyinizlə bağlı idi, yoxsa heç kimin maraq dairəsində olmamağınızla?

rn

- Mən daha yaxşı təklif gözləyirdim.

rn

- "İnter" sizin üçün nədir: boş qaldığınız vaxtı keçirmək üçün yer, yoxsa karyeranızda inkişafa nail olmaq üçün bir klub?

rn

- Bu klub yalnız 2004-cü ildə yaranıb. Lakin artıq 2 dəfə Azərbaycan çempionu olub. Əlbəttə ki, bu kluba karyeramda irəliləyişə nail olmaq gözü ilə baxıram.

rn

- Bəs sonra karyeranızı harada davam etdirmək istəyirsiniz?

rn

- Bakıda xoşbəxtəm. Ən əsası da elə budur. Növbəti klubumun harada olacağını isə bilmirəm.

rn

- Makedoniya ilə müqayisədə Azərbaycandakı şərait necədir?

rn

- Azərbaycan elə bir ölkədir ki, hazırda inkişaf etməkdədir. Şübhəsiz ki, oradakı şərtlər də daha yaxşıdır. Bunun nəticəsidir ki, onların klubları avrokuboklarda irəliləyişə nail olur.

rn

- Karyeranızda çox klub olub. Onların hansında daha xoşbəxt olmusunuz?

rn

- Mən hələ xoşbəxtliyimi indi qurmağa başlamışam. Harada olmağımın isə əhəmiyyəti yoxdur.

rn

- Uğurlarınızda ailənizin dəstəyi nə dərəcədə rol oynayır?

rn

- Elə ən böyük dəstəyimi ailəmdən alıram. Həyat yoldaşım Maya və oğlum Maksim hər yerdə mənimlədir. Onlar mənim əsas ilham mənbəyimdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail