"Azərbaycan millisinə çağırsalar, canla-başla oynayaram" -MÜSAHİBƏ

25.03.2011 | 3854 dəfə oxunub

Stadium.az "Qəbələ"nin serb futbolçusu Lyubo Baranin müsahibəsini təqdim edir:


 - "Qəbələ" "altılığ"a düşə bilmədi, kubok yarışlarından da kənarda qaldı. Hazırda futbolçular qarşısında hansı məqsəd dayanır?
-rn Mənə indi bu barədə danışmaq çətindi. Məncə, sadəcə çempionatın qalan rnmatçlarında yaxşı oynayıb, eyni zamanda yeni mövsümə hazırlaşmalıyıq. rnMənim üçün mövsüm artıq bitib. "Altılığ"a düşə bilməməyimizi özüm üçün rnfaciə hesab edirəm. Kubokda da heç nə edə bilmədik, baxmayaraq ki, rn"Bakı"dan yaxşı oynamışdıq. Ona görə də hesab edirəm ki, bundan sonra rnvəzifəmiz heyəti təzə futbolçularla gücləndirib, növbəti mövsümdə daha rnyaxşi nəticə qazanmaq olacaq.
 
- Sizcə, komandanın heyətində köklü dəyişikliyə ehtiyac varmı?
-rn Məncə, köklü dəyişiklik yaxşı nəticə verməz. Ötən il baş məşqçi gələndərn heyətin 70 faizi dəyişdi. Məncə, bundan sonra əsas heyəti saxlamaqla, rnkomandanı yeni futbolçularla gücləndirmək daha yaxşı olardı. Fikrimcə, rnheyətə yerli futbolçular cəlb etsək xeyrimizə olar. Sonra yaxşı rntəlim-məşq toplanışı və yoxlama görüşləri keçirib, növbəti mövsümə daha rnhazırlıqlı çıxmalıyıq.
 
- Son vaxtlar qeyri-sabit rnoynamağınıza səbəb nədi? Hücüm xəttinin zəifliyi, müdafiədə buraxılan rnsəhvlər, yoxsa yeni transferin hələ kollektivə uyğunlaşmaması?
-rn Sadəcə oyunumuz istədiyimiz kimi alınmır, qol imkanlarını qaçırırıq. rnMüdafiəyə gəlincə, özüm müdafiəçi olduğuma görə demirəm, amma müdafiəmizrn normaldı. Hesab edirəm ki, Premyer Liqada 3 ən yaxşı müdafiə xətti rnvarsa, onun biri "Qəbələ"dədi. Deməkdə çətinlik çəkirəm, bəlkə də yeni rnfutbolçular axıra kimi komandaya, çempionat oyunlarına  öyrəşə rnbilməyiblər.
 
- Bəlkə "Qəbələ"nin "altılığ"a düşməməsi qanunauyğundu?
-rn Xeyr, "Qəbələ"nin ilk "altılıq"da oynamağa haqqı var idi. Ötən il rn"altılığ"a düşmüşdük, bu il də düşməli idik. Əgər növbəti mövsüm daha rnyaxşı nəticə qazanmaq istəyiriksə, güclü klublarla oynamalıyıq. Hər rnhalda "Neftçi"ylə oynamaq daha yaxşı və maraqlıdı, nəinki MOİK-lə.
 
- Eşitmişik Azərbaycan yığmasında da oynamaq könlünüzdən keçir...
- Azərbaycan futbolu mənə çox şey verib. Ona görə də, əgər məni milliyə çağırsalar, canla-başla oynamağa razılıq verərəm.
 
- Milan Antıç, Branimir Sübaşiç və siz "Qəbələ"də "serb anklavı" yaratmısız...
-rn Əlbəttə, həmvətənlərimin yanımda olması mənə əlavə stimul verir. Milan rnAntiç müdafiənin sağında, mən isə mərkəzdə oynayıram, bir-birimizi çox rnyaxşı anlayırıq. Doğma dildə eşitdiyim sözü - çağırışi daha tez rneşidirəm. Biz vətəndən çox-çox uzaqlarda, Qəbələ kimi sakit bir mühitdə rnbirlikdə olanda darıxmırıq.
 
- Növbəti mövsüm özünüzü "Qəbələ"nin heyətində görürsünüzmü?
-rn Mən gələn il də "Qəbələ"də oynamaq fikrindəyəm. Özümə əminəm, "Qəbələ" rnilə yeni müqavilə də imzalamışam. Amma kimin oynayıb-oynamayacağını rnəlbəttə ki, baş məşqçi müəyyənləşdirir.

rnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail