Maksim Medvedev: "Rəşad Sadıqovla tam razıyam"

26.03.2011 | 3817 dəfə oxunub

Milli oyunlar səbəbindən yaranmış fasilə ilə rnəlaqədar olaraq Ağdamın "Qarabağ" klubu 17 futbolçu ilə hazırlıqlarını rndavam etdirir. Stadium.az xəbər verir ki, aprelin 3-də "Neftçi" ilə rnqarşılaşacaq komandada zədəlilərin geri dönməsi üzləri güldürür.

2011-cirn ildə zədə üzündən rəsmi oyuna çıxa bilməyən gənc müdafiəçi Maksim rnMedvedev də artıq kollektivlə çalışmalarda iştirak edir. Almaniyada rnmüalicə olunan 21 yaşlı milli üzvü klubun rəsmi saytına verdiyi rnaçıqlamada başına gələnləri dəyərləndirib:

"Zədəm həqiqətən də rnqeyri-adi alındı. Fərqli vasitələrdən müalicədən istifadə olunsa da, rnzədəni müəyyənləşdirmək mümkün olmurdu. Ümumi qənaət bundan ibarət oldu rnki, sadəcə zamana ehtiyac var. Daha dəqiq desək  zədənin keçməsi üçün 6 rnhəftəlik zaman lazım idi. İndi artıq kollektivlə məşqlərə başlamışam. rnHəkimlər dediki ayağında hələ ağrılar olacaq. Demək olar ki, artıq rnağrılara alışmışam. Əsas sağalma mərhələsi artıq arxada qalıb. 3 həftəyərn tam hazır olacam".

Maksim futbol üçün darıxdığını da bildirib: rn"Artıq 3 aydı futboldan uzaq düşmüşəm. Karyeramda ilk dəfə olaraq bu rnqədər futboldan ayrı qalmışam. Futbol üçün darıxmışam. Almaniyada rnolarkən oyunlarımızı izləyə bilməsəm də, saytımız vasitəsiylə oyunları rnonlayn izləyirdim. Sevinirəm ki, komandamız ardıcıl qələbələrlə 2-ci rnpilləyə yüksəlib.

"Qarabağ" son illərdə yüksəlişdədi. Yerimin rngörsənməyi barəsində nəsə deməyim düzgün deyil. Komanda qələbələr rnqazanırsa konkret futbolçunu fərqləndirmək düzgün olmazdı. Hazırda mənimrn mövqeyimdə Qara uğurla çıxış edir. Zaur da həmin yerdə oynamağı rnbacarır. Biz kollektiv futbol oynadığımız üçün meydanda kimin olmasının rnelə də önəmi yoxdu. Kim meydana çıxırsa var gücünü, deyərdim ki ürəyini rnmeydanda qoyur".

İstedadlı müdafiəçi "Qarabağ"ın qarşıdakı rnoyunlarını dəyərləndirib: "Qarşıda bizi bir-birindən çətin 8 oyun rngözləyir. Son 9 oyunda qələbə qazanmışıq. Hamı bizim seriyanın taleyi rnilə maraqlanır. Amma keçən dəfə Rəşad Sadıqov demişdi ki, seriya rnhaqqında fikirləşmək bizə 3 xal verməyəcək. Onun dediyi ilə razıyam. rnAxı, bütün seriyalar nə zamansa başa çatır. Ona görə də, hər oyuna rnxüsusi hazırlaşırıq. İnanıram ki, payızda düşdüyümüz böhran bir daha rntəkrarlanmayacaq. İndi heyətimizin yetərincə geniş olduğunu düşünürəm. rnOna görə də sonuncu tura qədər "Qarabağ"ın yüksələn xətlə çıxış rnedəcəyini düşünürəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail