Əfran İsmayılov: "Neftçi" ilə oyunda bir qol həlledcici ola bilər"

29.03.2011 | 5042 dəfə oxunub

Bazar günü Premyer Liqada ilk iki pillənin rnsahibi olmaqla yanaşı Azərbaycan futbolunun ən köklü 2 klubu rnqarşılaşacaq.Stadium.az xəbər verir ki, son zamanlar əla sürət yığan rn"Qarabağ" klubu "Neftçi"nin qonağı olacaq. 

Yaranmış fasilə rnzamanı "Simurq"la keçirilən yoxlama oyununda "Qarabağ"da ən yaxşılardan rnbiri Əfran İsmayılov idi. Zaqatalıların qapısına möhtəşəm qol vuran 22 rnyaşlı yarımmüdafiəçi "Neftçi" ilə oyun haqda klubun rəsmi saytına rndanışıb:

"Neftçi" ilə oyuna digər komandalara qarşı olduğu kimi rnyanaşırıq. Düzdü, tam heyətlə məşq edə bilmirik. Amma demək olar ki, rnbelə duruma alışmışıq. "Neftçi" cari mövsüm olduqca uğurlu çıxış rnedir. Bu, olduqca çətin oyun olacaq".

Əfran cari birinciliyin ilkrn qarşılaşmasında "Neftçi" ilə oyunda zədələnərək sıradan çıxmışdı:"Artıqrn bu hadisəni unutmuşam. Zədə futbolun ayrılmaz hissəsidi. Belə baxanda rnzədələndiyim epizodda "Neftçi"nin oyunçusunun günahı yox idi. Artıq rnbazar günü baş tutacaq qarşılaşmanı fikirləşirəm".

Əfran rn"Qarabağ"ın 9 oyunluq qələbə seriyası haqqında isə belə danışıb:"Artıq rntəsnifat mərhələsini unutmuşuq. Final mərhələsinin ilk 2 turunda qələbə rnqazanmağımızı daha çox qiymətləndirirəm. Bu bir psixoloji üstünlükdür. rn"Neftçi"nin də oyuna qələbə üçün çıxacağını fikirləşirəm. Amma bizim rndaha istəkli olduğumuzu düşünürəm. Çünki, biz çempionluğu daha çox rnistəyirik. Hər halda mən öz komandamızın yanğısını bilirəm. Amma rn"Neftçi" ilə oyun heç də həlledici deyil. Qələbə qazanmasaq dünyanın rnsonu olmayacaq".

Premyer Liqada cari mövsüm 1 dəfə fərqlənən Əfranrn bakılılarla oyunda qol vurmaqda barəsində nə fikirləşir:"Təbii ki, qol rnvurmaq istərdim. Amma komandamın qələbəsinə üstünlük verirəm. Kimin qol rnvurmasından asılı olmayaraq qələbə mənim qol vurmağımdan daha vacibdir. rn"Neftçi" ilə oyun elə olacaq ki, bir qol həlledici ola bilər. "Neftçi" rnlider olaraq hücuma üstünlük verəcək, qələbə qazanmağa çalışacaq. Ona rngörə yüksək zövqlü oyun olacaq".

Əfran prinsipial oyun öncəsi rnazarkeşlərə də səslənib: "Azarkeşlərimiz hər yerdə bizə dəstək verir. rnAmma istəyirəm ki, stadiona da gəlib bizi dəstəkləsinlər. Oyunumuza nə rnqədər çox azarkeş gəlsə, bir o qədər yaxşı oynayacağıq. Ona görə də rnbütün "Qarabağ" azarkeşlərini bazar günü Respublika stadionuna rnçağırıram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail