"Neftçi"-"Qarabağ" oyunu haqqında bütün faktlar

Ağdam klubu 5 ildi məğlub olmur

01.04.2011 | 4214 dəfə oxunub

rnrn

Bazar günü Premyer Liqanın ən prinsipial oyunlarından biri baş tutacaq. Stadium.az xəbər verirrnki, bütün çempionatların iştirakçıları - "Neftçi" vərn"Qarabağ" üz-üzə gələcək.
rnBu komandaların dueli hər zaman maraq doğurub. 19 illik dönəmdə 54 dəfərnqarşılaşan rəqiblər dueli daim gəriginliyi ilə seçilib. Amma son illərdərn"Qarabağ"ın rəqib önündə üstünlüyü diqqət çəkir. Lakin son oyundarn"Neftçi" qalib gələrək, rəqibin 11 oyunluq məğlubiyyətsizlikrnseriyasına son qoyub.

rnrn

"Neftçi" "Qarabağ"la indiyə qədər 54 dəfə qarşılaşıb. 54rnoyunun 42-si çempionatda, 12-si isə kubokda baş tutub. Çempionatda tərəflərrnhərəyə 11 qələbə qazanıb. 2000-2001 mövsümündə "Neftçi"yə 3:0 hesablırntexniki qələbə verilib. Kubokda 5 dəfə qələbə "Qarabağ" qələbərnqazanıb, 3 dəfə "Neftçi" qələbəyə sevinib. 54 oyundarn"Neftçi" 48, `Qarabağ` isə 39 qol vurub.
rn"Qarabağ" "Neftçi"yə səfərdə 5 il, başqa sözlə 1873 gündü məğlubrnolmur. Sonuncu dəfə Ağdam klubu səfərdə "ağ-qaralar"a 2006-cı ilinrnfevral ayının 16-sında məğlub olub - 0:2. Ötən ilin noyabr ayının 28-indərn"Qarabağ" "Neftçi"nin ev arenası sayılan Tofiq Bəhramovrnadına Respublika stadionunda məğlub olsa da, həmin oyunda formal ev sahibi məhzrn"Qarabağ" idi. Həmin oyuna qədər "Qarabağ" əzəli rəqibinərn11 oyun idi məğlub olmurdu.

rnrn

"Neftçi" və "Qarabağ"nin qarşılaşmalarında ən çox qolrnvuran futbolçu Müşfiq Hüseynovdu - 8. "Neftçi"nin heyətindərn"Qarabağ"a ən çox qolu Qurban Qurbanov vurub - 5. Qurban Qurbanovrnhazırda "Qarabağ"ın baş məşqçisi, Müşfiq Hüseynov isə məşqçisidi.
rnNazim Əliyev, Georgi Adamiya, Tərlan Əhmədov və Vidadi Rzayev hər ikirnkomandanın heyətində fərqlənən futbolçulardı. 10 futbolçu hər 2 komandanınrnheyətində top qovub.
rnSəttar Əliyev "Neftçi"yə qol vurmaqla yanaşı bir oyunda avtoqola imzarnatıb. Duellər tarixində 2-ci avtoqola isə "Qarabağ"ın heyətində ElxanrnMüslümov imza atıb.
rnDuellər ərzində tərəflər hərəyə 2 dəfə ("Qarabağ" - Mehman Alışanov,rnEmin Salmanov. "Neftçi" -  Qurban Qurbanov, Yunis Hüseynov)rnpenaltidən qola seviniblər.
rn"Neftçi"yə sonuncu məğlubiyyətə qədər "ağ-qara"lılarrn"Qarabağ"ı yendiyi zaman (27 aprel 2007, 0:2) baş məşqçisi QurbanrnQurbanov olub. Qollardan birinə isə hazırda "Qarabağ"ın şərəfinirnqoruyan Georgi Adamiya imza atıb.
rn"Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov "Qarabağ"a,rn"Neftçi"dən həmkarı Arif Əsədov isə "Qarabağ"da oynadığırnvaxt "Neftçi"yə qol vurub.

rnrn

Tərəflər arasında mücadilə ən çox 2003-04 mövsümündə azarkeş toplayıb -rn15500.
rn"Qarabağ" - "Neftçi" arasında vərəqəsiz çempionat olmayıb.rnİndiyə kimi bu oyunlarda 9 qırmızı vərəqə göstərilib. Aslan Kərimov 2 dəfərnmeydanı vaxtından əvvəl tərk etməklə liderdi. Qırmızı vərəqə alanlardan Arif Əsədovrn"Neftçi"nin baş məşqçisi, Elçin Rəhmanov isə "Qarabağ"ın məşqçisidi.rn

rnrn

Tərəflər ən çox respublika stadionunda qarşılaşıblar - 26 dəfə. Bu rəqiblərrnindiyə kimi tərəflər 5 şəhər, 4 qəsəbə, 11 stadionda üz-üzə gəliblər. Derbinirnən çox Xəqani Məmmədov (11), Vüsal Əliyev və Rövşən Əhmədov idarə ediblər (7).

rnrn

Beləliklə, Premyer Liqanın final mərhələsinin 3-cü turu bu dəfə də əslrnderbiyə şahidlik edəcək. Hər halda, çempionatda ilk 2 pillədə qərarlaşanrnkomandalar qarşılaşacaq.

rnrn




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ