Fatih Kavlak: “Qəbələ”ni başqa komandalarla müqayisə edə bilmirik"-MÜSAHİBƏ

07.04.2011 | 4839 dəfə oxunub

rn Hazırda “Qəbələ”də yardımçı məşqçi rnvəzifəsini yerinə yetirən Fatih Kavlak buna qədər “Malatyaspor”, rn“Gənclərbirliyi”, “Trabzonspor”, “Qarabağ” klublarında çalışıb. rnAzerisport.az xəbər verir ki, Fatih Kavlak karyerası ərzində, əsasən, rntanınmış mütəxəssis Ziya Doğanın rəhbərlik etdiyi məşqçi heyətində yer rnalıb və onun təcrübəsindən bəhrələnib. Hazırda fəaliyyətini “Qəbələ”də rnbaş məçqçi köməkçisi kimi davam etdirən bu gənc məşqçi ilə müsahibəni rntəqdim edirik:
rn
rn  
rn
rn - Mən Toni Adamsın köməkçisiyəm. rnÖzümüzün və rəqib komandanın oyununun analizi, oyunçuları izləmək və rneyni zamanda futbolçuların fiziki hazırlığı da mənim vəzifəmə daxildir. rnBundan başqa, hansı məsələlərdə ehtiyac yaranırsa, həmin işlərdə baş rnməşqçiyə köməklik göstərirəm.
rn
rn  
rn
rn - Futbolçulardan bəziləri deyir ki, bizi Fatih hocanın əlinə versəniz, canımızı alar...
rn
rn - Belə deyirlərsə, buna sevindim. rnBaş məşqçinin tərtib etdiyi ümumi məşq proqramında müxtəlif bölümlər, o rncümlədən, fiziki bölüm də var. Fiziki hazırlıq proqramını mən həyata rnkeçirirəm.
rn
rn  
rn
rn - Bundan əvvəl “Qarabağ”da çalışırdınız. Ordakı işinizlə burdakı arasında hansı fərqlər var?
rn
rn - “Qarabağ”da Qurban Qurbanovun rnbirinci köməkçisi idim. Burda həmin vəzifəni Qari Stivens yerinə rnyetirir. Müqayisə üçün deyim ki, “Qarabağ”da məşqlərdə daha aktiv idim. rnÜmumən götürsək, hər iki komandada işim çox oxşardı. Ola bilsin, başqa rnklublarda fiziki hazırlıq üzrə ayrıca məşqçi var. Bu vəzifəni “Qəbələ”dərn mən həyata keçirirəm, sadəcə, Toni Adamsın hazırlıq proqramı rnçərçivəsində.
rn
rn  
rn
rn - Futbolçuların fiziki hazırlıq səviyyəsini necə, hansı yolla müəyyən edirsiz?
rn
rn - “Yo-yo test” deyilən bir kompüter rnproqramı var. Bu proqram vasitəsilə dövrələrarası fasilələrdə rnfutbolçuları testdən keçiririk. Sonra onların hazırlıq səviyyəsini əks rnetdirən protokollarla tanış oluruq. Tələblərə cavab verməyən rnfutbolçuları əlavə məşqlərə cəlb edirik. Bu testləri mövsümün əvvəlində,rn ortasında, bir də sonunda  edirik.
rn
rn  
rn
rn - Testlər oxucular üçün rnmaraqlı ola biləcək məqamlara, deyək ki, ““Qəbələ”nin ən sürətli rnfutbolçusu kimdi” sualına aydınlıq gətirirmi?
rn
rn  -Xeyr, bu test metodu futbolçularınrn hazırlıq səviyyəsini göstərir, ən sürətli, yaxud ən çox qaçan rnfutbolçunu ayırd etmir. Oxucuları üçün maraqlı ola biləcək bir faktı rnaçıqlaya bilərəm. Məsələn, testlərin nəticələrinə görə, rnfutbolçularımızın fiziki göstəriciləri ideal səviyyədədir.
rn
rn  
rn
rn - Deyirlər “Qəbələ” atletik futbola üstünlük verir. Belədi?
rn
rn - “Qəbələ”nin oyunlarını kənardan rnizləyənlərə elə gələ bilər ki, biz atletik futbola üstünlük veririk, rnamma belə deyil. Bizdə matç anında, futbolçuların nə qədər məsafə qət rnetdiyini, onların orta hesabla saatda neçə kilometr qaçdığını müəyyən rnedən proqram yoxdu. Odu ki, “Qəbələ”ni başqa komandalarla müqayisə edə rnbilmirik. Çempionatda 24, kubokda isə 3 matç oynamışıq. Matçların rntexniki analizi göstərir ki, yalan olmasın, həmin oyunların 20-də 90 rndəqiqəni rəqibdən daha yaxşı başa vurmuşuq. Ola bilər, azarkeşlər rn“Qəbələ”nin bir oyununa görə komandaya qiymət verirlər. Amma biz bir rnoyunu, ayrı-ayrı epizodları təkrar-təkrar izləyib, analiz edirik. rnAraşdırmalar göstərir ki, qollarımızın əksəriyyətini oyunun son 15 rndəqiqəsində vururuq. Bu, o deməkdi ki, futbolçularımızın fiziki rnhazırlığı qənaətbəxşdi. Söz yox ki, fiziki hazırlığa həddən artıq yer rnversək, futbolçular daha sürətli və güclü olar, amma başqa rnkomponentlərdə geriləyərlər. 
rn
rn  
rn
rn - Siz 8 il həvəskarlar arasında futbol oynamısınız. Nə üçün professional futbola keçmədiniz?
rn
rn - Sadəcə, buna imkanım olmadı. 5 il rnuniversitetdə təhsil aldım, 3 il də işlədim. Ya özümü yaxşı tərəfdən rngöstərə bilməmişəm, ya da, sadəcə, məni görən olmayıb. Əslində, rnbütünlüklə özümü futbola verə bilmədim. Buna görə də 26 yaşımda  futbol rnoynamağı bir kənara qoyub, məşqçiliyə başladım. Artıq 11 ildir rnməşqçiliklə məşğulam.
rn
rn  
rn
rn - Türkiyədə Hikmət Karaman, rnZiya Doğan kimi tanınmış mütəxəssislərlə birgə çalışmısız. Onlardan nə rnöyrəndiniz, burda Toni Adamsdan nə götürürsüz?
rn
rn - Hər bir məşqçiylə birgə rnçalışmalarda nəsə öyrənmişəm. Məşqçiliyə Türkiyədə Hikmət Karamanla rnbaşladım, Güvənc Kurtarla, Ziya Doğanla, Azərbaycanda Qurban Qurbanovla rnbirgə işlədim. Bu mütəxəssislərlə çalışmaq mənim üçün təcrübə toplamaq rnbaxımından çox faydalı oldu. Ayrı-ayrılıqda qeyd etməyim doğru olmaz, rnamma hər bir məşqçidən nələrsə öyrənmişəm. Nələri gördüyümü və rngötürdüyümü özümə saxlamaq istəyirəm. Hazırda  Avropa futbolunun ən rntanınmış simalarından olan Toni Adamsın  yanındayam. Onun futbolçularla rndavranışını görürəm, futbol anlayışından bəhrələnirəm.
rn
rn  
rn
rn - Nə vaxtsa baş məşqçi olmaq niyyətiniz varmı?
rn
rn - Əlbəttə, əsas istəyim də elə budu.rn Hazırda “A” dərəcəli məşqçiyəm. Yaxın illərdə “Pro” lisenziyasını almaqrn niyyətindəyəm. İşləyəcəyim komandada yaxşı başlamaq lazımdır ki, davamırn da uğurlu olsun. Bunu isə zaman göstərəcək.
rn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail