Denis Silva: "Onların çıxışı hamını təəccübləndirir"

30.11.2010 | 3370 dəfə oxunub

"Neftçi"nin braziliyalı müdafiəçisi Denis Silva klubun rəsmi saytına müsahibə verib.  

rn

- "Qarabağ"la son oyun necə keçdi?
- Oyun çətin keçdi, ancaq buna baxmayaraq, bizə lazım olan nəticəni əldə edə bildik. Rəqibimiz çox yaxşı oyun sərgilədi, çünki "Qarabağ" Azərbaycanın ən güclü komandalarından biridir. "Qarabağ"la oyunda qalib gəlmək təkcə turnir cədvəlində yerimizi möhkəmlətmək üçün yox, həm də komandada motivasiyanın daha yüksək olması üçün vacib idi. Növbəti oyunda bu bizim üçün stimul olacaq.

rn

- Bu oyundan sonra komandada əhval-ruhiyyə necədir?
- Komanda daxilində əhval-ruhiyyə çempionatın əvvəlində olduğu kimidir. Futbolçular hər oyunda yalnız qələbə, layiqli mübarizə aparmaq və xal qazanmaq haqqında düşünür.

rn

- Növbəti qarşılaşma süni örtüklü meydançada keçiriləcək, sənin üçün çətin olmayacaq ki?
- Təbii ki, çətin olacaq, çünki məşqlərimizi və oyunlarımızın əksəriyyətini təbii örtüklü meydançalarda keçiririk. Ancaq düşünürəm ki, bu amil bizim oyunumuza təsir etməyəcək, çünki biz peşəkar futbolçuyuq.

rn

- Denis, sənin üçün təəccüblü deyil ki, AZAL komandası keçən ildən fərqli olaraq, daha yaxşı oyun nümayiş etdirir və turnir cədvəlində "Xəzər Lənkəran"la 2-ci və 3-cü pilləni bölüşür?
- Düşünürəm ki, AZAL klubu hazırda Azərbaycan Premyer Liqasında ən yaxşı oyun sərgiləyən komandalardan biridir. Onların belə çıxışı  təkcə məni yox, hamını təəcübləndirir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail