Berti Foqts Sadıq Sadıqovla da görüşdü-FOTO

11.04.2011 | 5069 dəfə oxunub

rn Futbol üzrə Azərbaycan yığmasının rnbaş məşqçisi Berti Foqts bu gün "Neftçi"nin bazasına təşrif buyurub. Stadium.az xəbər verir ki, o, AZAL-la oyuna hazırlaşan flaqman rnfutbolçularının məşqini izləyib.
rn
rn  
rn
rn Bununla yanaşı, Berti Foqts rn"Neftçi"nin prezidenti Sadıq Sadıqovla görüşərək, fikir mübadiləsi rnaparıb. Almaniyalı çalışdırıcını səmimiyyətlə salamlayan Sadıq Sadıqov rnbelə görüşlərin vacib olduğunu söyləyib:
rn
rn  
rn
rn "Sizi klubumuzun bazasında görmək rnçox xoşdu. Bildiyiniz kimi, əsas milli komandaya, eləcə də aşağı yaş rnqruplarından ibarət yığmalara ən çox oyunçu verən klub "Neftçi"di. Biz rnxüsusilə uşaq və yeniyetmə futbolunun inkişafına böyük önəm veririk. Bu rnbaxımdan yığma məşqçiləri ilə əməkdaşlıq, onlarla fikir mübadiləsi rnaparmaq gərəklidi".
rn
rn  
rn
rn Eyni zamanda, "Neftçi" prezidenti rnAFFA rəhbərliyinin məqsədyönlü fəaliyyət göstərdiyini vurğulayıb: rn"Azərbaycanda bütün idman növlərinin, o cümlədən futbolun inkişafı üçün rndövlət tərəfindən bütün şərait yaradılıb. Rövnəq Abdullayevin rəhbərlik rnetdiyi AFFA futbolumuzun inkişafı üçün səylə çalışır. Bir neçə il rnəvvəllə müqayisə etdikdə, istər milli komanda, istərsə də klub rnsəviyyəsində nəticələrin yaxşılaşdığını görmək mümkündür. Yığmanın son rnnəticəsindən sonra baş məşqçiyə qarşı təzyiqlər var idi. Lakin buna rnciddi fikir vermək lazım deyil. Çünki Azərbaycan futbolunun inkişafı rnplanlı şəkildə həyata keçirilir. İnanıram ki, yaxın illərdə daha böyük rnuğurlar qazanacağıq".
rn
rn  
rn
rn Səmimi qəbula görə Sadıq Sadıqova rnminnətdarlığını bildirən milli komandanın baş məşqçisi Berti Foqts klub rnrəhbərliyinin qarşıdakı planları ilə maraqlanıb. Həmçinin, qonaq rn"ağ-qaralar"a gələcək yarışlarda uğurlar arzulayıb: "Neftçi"nin rnbazasında gördüklərim məni məmnun etdi. Hazırda bu komanda Premyer rnLiqanın çempionu olmağa çox yaxındı. Ölkə çempionatında və yayda rnmübarizə aparacağınız avrokuboklarda sizə uğurlar arzulayıram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail