Kaxaber Tsxadadze bütün jurnalistlərdən və Arif Əsədovdan üzr istədi

13.04.2011 | 2641 dəfə oxunub

rn “İnter”in baş məşqçisi Kaxaber rnTsxadadze “Neftçi” ilə qarşılaşma, qəribə hakimlik və “Xəzər-Lənkəran”larn qarşıdakı oyun barədə fikirlərini açıqlayıb. Stadium.az xəbər verir rnki, o, müsahibəsində aşağıdakı məqamları vurğulayıb:
rn
rn  
rn
rn “Nəticələr planında son zamanlar rnkomandamız kifayət qədər uğursuz çıxış edir. Ancaq, səmimi desəm, oyun rnplanında böyük müvəffəqiyyətsizliyimiz yoxdu. Tez-tez fərdi səhvlər rnyaranır ki, onlardan da əziyyət çəkirik və qol buraxırıq. Bundan başqa, rnqol vəziyyətlərinin yerinə yetirilməsində böyük problemlərimiz yaranır. rn“Neftçi” ilə matçda biz oyunu yaxşı təşkil etmişdik və qoldan sonra rnuğurla təşəbbüsü verib, rəqibi əks-hücumlarda yaxalamağa çalışdıq. rnBundan başqa, qarşılaşmanın lap əvvəlində biz onları pressinqlə rntəəccübləndirdik ki, bu da özünün nəticələrini verdi. Biz oyun tərzini rnbir qədər dəyişdirdik və çempionat liderinin hadisələrin belə inkişafınarn hazır olmadığı müşahidə edildi. Bizim komanda “Neftçi”nin rnmüdafiəçilərinin arxasından ötürülən uzun ötürmələrdən fəal istifadə rnetdi. Belə vəziyyətdən qol vurmağı və bir neçə təhlükəli vəziyyət rnyaratmağı bacardıq”.
rn
rn  
rn
rn Sxadadze hakimlikdən narazılığını rnxüsusi vurğulayıb: “Məni narahat edən yeganə məsələ hakimlik oldu. Bunu rnmən oyundan sonra klubun sahibinə dedim. Burada məsələ heç də qapımıza rntəyin olunan 11 metrlik cərimə zərbəsində deyil. Hakim sadəcə bizə rnoynamağa imkan vermədi! Daimi səslənən fitlər oyunu tormozladı və tempi rnöldürdü. Düşünürəm ki, bundan keyfiyyətli və maraqlı oyun gözləyən rntamaşaçı da zərər çəkdi. Bunun əvəzindəsə saysız-hesabsız lazımsız rnfitlər aldı. Hakim tamamilə özbaşınalıq yaratdı. Onun hakimliyi, rnxüsusilə də ikinci hissədə, hər hansı bir tənqiddən aşağıdı. Onu deyə rnbilərəm ki, hakim səhvlərilə ilk dəfə qarşılaşmırıq. Bir daha əlavə rnetmək istəyirəm ki, əgər insan törətdiyi xətalara görə məsuliyyət rndaşımayacaqsa, o zaman onları gələcəkdə də mütləq təkrarlayacaq”.
rn
rn  
rn
rn “Bankirlər”in baş məşqçisi oyundan rnsonra mətbuat konfransında qatılmadığı üçün hər kəsdən üzr istəməyi də rnunutmayıb: “Oyunsonrası mətbuat konfrasına gəlməməklə mən hakimliyə rnqarşı etirazımı bildirdim. Məni gözləyən Arif Əsədovdan və rnjurnalistlərdən üzr istəyirəm. Mənim addımımı heç bir halda onlara qarşırn hörmətsizlik kimi təfsir edilə bilməz. Fürsətdən istifadə edərək rn“Neftçi”nin baş məşqçisinə, bütün komandaya və yerli futbolu rnişıqlandıran bütün jurnalistlərə böyük hörmətimi bildirmək istəyirəm. rnİki gün Bakıda olmamışam və buna görə üzrxarlığımız yalnız indi rnbildirirəm”.
rn
rn  
rn
rn Sxadadze sonda qarşıdan gələn “Xəzərrn Lənkəran”la oyun öncəsi də fikirlərini açıqlayıb: “Təəssüf ki, biz rntəbii ot örtüyündə məşqlərə keçə bilmədik. Ona görə ki, “Zabrat” rnstadionundakı qazon lazımi səviyyədə deyil. Buna görə də “Şəfa” rnstadionunda hazırlaşağacaq ki, bu da Lənkəranda baş tutacaq rnqarşılaşmanın başlanğıcında hansısa diskomfort yara bilər. Rəqibə böyük rnhörmətlə yanaşıram. “Xəzər Lənkəran” güclü futbolçulara və böyük rnpotensiala malik komandadı. Biz artıq qarşıdakı matçlara hazırlaşmağa rnbaşlamışıq və gün ərzində iki dəfə məşq edirik. Qarşılaşma çox mürəkkəb rnolacağını vəd edir, lakin mən zəmanət verirəm ki, komanda “Neftçi” ilə rnoyunda olduğu kimi, fədakarlıqla mübarizə aparacaq. Yeganə istədiyim rnməsələ odur ki, baş hakim işinin öhdəsindən gələ bilsin və komandalara rnyaxşı oyun nümayiş etdirməyə imkan versin. Yeri gəlmişkən, bununla bağlırn “Neftçi” ilə oyun ərəfəsində də demişdim”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
"Qarabağ" - APOEL görüşü - biletlər satışda
Son xəbərlər

21.10.2019

20.10.2019

16:42  "Neftçi" - "Zirə" -HEYƏTLƏR

19.10.2019

19:08  "Keşlə" - "Sabah" -HEYƏTLƏR

16:42  "Qarabağ" - "Qəbələ" -HEYƏTLƏR

18.10.2019

16.10.2019

18:19  "Qarabağ" - APOEL görüşü - biletlər satışda

15.10.2019

19:22  Azərbaycan - İsveçrə -HEYƏTLƏR

14:06  "Ronaldo nə deyirdisə, hakim əməl edirdi" - Ukraynalı futbolçu

14:06  Bolqarıstan - İngiltərə görüşündə qalmaqal - oyun iki dəfə dayandırıldı

11:56  Kosovonun qələbəsi VİDEO

14.10.2019

12:03  Uelsdə ciddi itki - millimizlə görüşü buraxacaq

11:47  "Biz üzr istəməli deyilik" - Macar futbolçu

13.10.2019

22:00  Millimiz məğlub oldu - Yenilənib

18:41  Macarıstan - Azərbaycan -HEYƏTLƏR

08:37  İsveçdən darmadağın VİDEO

08:20  İtaliyanın qələbəsi VİDEO

12.10.2019

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi