Tsxadadze PFl-i və hakimliyi tənqid etdi

20.04.2011 | 3869 dəfə oxunub

rn “İnter”in baş məşqçisi Kaxaber rnSxadadze “Xəzər Lənkəran”la son oyun və hakimliklə bağlı fikirlərini rnaçıqlayıb. Stadium.az xəbər verir ki, o, həmçinin “Qarabağ”la rnqarşıdakı matç barəsində də fikirlərini bildirib.
rn
rn  
rn
rn “XL-la qarşılaşmaya çox yaxşı rnhazırlaşmışdıq və oyunu düzgün qurmuşduq. Lakin oyunun əvvəli bir qədər rnsərt alındı. Bunu komandalarını dəstəkləyən azarkeşlərlə dolu Lənkəran rnstadionundakı atmosferlə əlaqələndirmək olar ki, bu da özünün psixoloji rnəksini meydanda qonaq qismində oynayan futbolçularda tapır. Heç də pis rnolmayan, ən başlıcasısa sürətlə müdafiədən hücuma keçməyə imkan verən rnsxemə üstünlük vermişdik. Bəli, biz erkən qol buraxdıq, lakin buna rnbaxmayaraq öz oyunumuzu oynamağa davam etdik ki, bu da ayrıca alqışa rnlayiqdi. Axı buraxılmış qoldan sonra oyunun ipini saxlamaq və dağınıq rnoynamamaq lazım idi. Komandamız yaxşı tempdə oynamağa davam etdi və bu rnda öz bəhrəsini verdi. Tezliklə biz rəqibin meydançasında pressinq rnsayəsində hesabı bərabərləşdirməyə nail olduq. Cəsarətlilik məsələsində rnmüəyyən suallar var. Mən deyərdim ki, oyunçularımıza oyunun yekun rnmərhələlərində və son ötürmələrdə daha inamlı və cəsarətli hərəkət etməkrn lazım idi. Əgər bu, bizdə alınsaydı, o zaman düşünürəm ki, qələbəyə də rnlayiq ola bilərdik. Ümumilikdə, “Xəzər Lənkəran”la səfər oyununda rnhesabda qeydə alınmış bərabərliyi qənaətbəxş qiymətləndirirəm”.
rn  
rn
rn Sxadadze hakimliyə də xüsusi rntoxunub: “Hakimlik məsələsinə toxunmaya bilmirəm. Çox adam mənimlə rnrazılaşar ki, bu oyunda hakimlik çox aşağı səviyyədə idi. Təəssüf ki, rn“İnter” ilk dəfə deyil ki, belə halla rastlaşır. Özünüz baxın. Mən həttarn hakim səhvlərindən nə qədər xal itirdiyimizi hesablaya bilmirəm. “Bakı”rn ilə oyunun 92-ci dəqiqəsində hakim rəqib futbolçunun cərimə rnmeydançasında açıq-aşkar, mən deyərdim, “voleybol” oyununa görə penalti rntəyin etmədi. Sonra “Neftçi” ilə qarşılaşmada hakim bizi aydın olmayan rnpenaltilə “mükafatlandırdı”. Və indidə “Xəzər-Lənkəran”ın qapısına 100 rnfaizlik penalti təyin edilmədi. Xatırlayıram ki, Lənkərandakı matçı rnidarə edən Rövşən Əhmədov komandamızın “Gəncə” ilə səfər görüşündə rnrəqibin qapısına açıq-aşkar iki penalti təyin etməmişdi və buna görə 5 rnoyunluq diskvalifikasiya olunmuşdu. Baş verənlər məni narahat etməyə rnbilməz. Bizdən futbolun inkişafını, futbolçuların səviyyələrinin rnyaxşılaşdırılmasını tələb edirlər. Lakin razılaşın ki, futbolun inkişafırn hərtərəfli olmalıdı və hakimlik də obyektiv olmalıdı”.
rn
rn  

rnrn Son ölkə çempionunun çalışdırıcısı rnqarşıdakı “Qarabağ”la çətin qarşılaşma öncəsi isə bunları dilə gətirib: rn“Aprelin 16-da oyun keçirdik. Növbəti matçı da bazar günü aprelin 14-də rnoynayacağıq. Bununla yanaşı, artıq aprelin 27-də bizi Azərbaycan rnKubokunun ilk yarımfinal qarşılaşması gözləyir. Sonra aprelin 30-da rnPremyer Liqa qarşılaşması gəlir. Mayın 4-dəsə kubok oyununun cavab rnqarşılaşmasını keçirəcəyik. Çox təəssüf edirəm ki, təqvim belə tərtib rnedilib. Lakin demək istərdim ki, “Qarabağ”la oyunu biz biq qədər tez, rnməsələn, aprelin 22-də və ya 23-də keçirə bilərdik. Qeyd etməyə dəyər rnki, ölkə kubokunun bütün yarımfinalçıları matçlarını aprelin 23-də rnkeçirəcəklər. Həmin AZAL son turu aprelin 17-də oynamışdı, lakin növbətirn turun qarşılaşmasını aprelin 23-də keçirəcək. Bu isə o deməkdi ki, rnbizimlə oyuna bərpa olunmaları üçün onların bir gün çox vaxtları olacaq.rn Ola bilər ki, təqvimin tərtib olunması zamanı bu məqamlar nəzərə rnalınmayıb. Bununla belə, biz maçtın bir gün əvvələ keçirilməsini xahiş rnetmişdik, ancaq xahişimiz qəbul edilmədi. Digər tərəfdən millinin rnheyətində oynayan və bu həftə milli komandanın düşərgəsinə qatılan və rnancaq aprelin 21-də komandanın sıralarına dönəcək “Qarabağ”ın rnfutbolçularını da anlayıram. Bütün bu xüsusiyyətlər bizə təsir göstərir,rn ona görə ki, mövsümün sonunda komandaya belə qısa müddətdə çox sayda rnçətin matçlar keçirmək lazım gələcək. Odu ki, bizə bu oyunlara cəhdlə rnhazırlaşmaq qalır. Qarşıda hələ 5 çempionat, minimum 2 kubok matçı var rnvə biz bu qarşılaşmalara maksimum yaxşı vəziyyətdə yanaşmalıyıq. Bütün rnçatışmazlıqlara baxmayaraq biz komanda ətrafında yaranmış problemləri rnhəll etməli və qarşımızda qoyulmuş vəzifələrin öhdəsindən gəlməliyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail