HAVAYA sovrulan 2 000 000 avro - Emil Mpenza

22.04.2011 | 5265 dəfə oxunub

Ötən il İsveçrədə ən yaxşı bombardirlərdən (21 qolla) olmuş forvardın Azərbaycan Premyer Liqasında adi futbolçuya çevrilməsinin səbələri maraq doğurmaya bilməz

rnrn

Mövsümün ən uğursuz transferlərindən biri Emil Mpenzadır, desək, yanılmarıq. Mövsümün startına az qalmış böyük səs-küy və təmtəraqla "Neftçi"yə transfer olunmuş belçikalıi forvard yeni komandasına fayda verə bilmir. Azərbaycana gələnədək Belçika millisinin oyunçusu sayılan (57 oyuna 19 qol vurub) Emil sanki bir vaxtlar ən səviyyəli yarışlarda qapıçılara qorxulu yuxular yaşadan Emil deyil.

rnrn

Eka Basunga Lokonda "Emile" Mpenzanın "Neftçi" üçün faydalı olmadığı haqda mübahisə etməyə dəyməz. Qaradərili hücumçunun uğursuzluğunun müxtəlif səbəbləri ola bilər. Bunu onun yaşı (iyulun 4-də 33 yaşı olacaq) və ya ölkəmizdəki stadionların meydanlarındakı ot örtüyü ilə də əlaqələndirmək olar. Olsun ki, Avropanın göbəyi sayılan Belçikada doğulan Emil ölkəmizə uyğunlaşmaqda da problem yaşayır. Amma bütün bunlar başlıca səbəb ola bilməz. "Ovçu" instinkti olan hücumçu keyfiyyətini birdəfəlik itirə bilməz. Mpenza karyerası boyu Belçikada, Almaniyada, İngiltərədə, İsveçrədə və hətta Qətərdə də top qovub, lakin heç vaxt belə uğursuz zolağa düşməyib.

rnrn

Görünən odur ki, dırnağınadək peşəkar olan Mpenza Azərbaycan üçün uyğun futbolçu deyil. Görünür, belçikalı formada olmaq üçün avropa metodikası ilə məşq etməlidir. "Neftçi"nin hazırkı baş məşqçisi - gənc və təcrübəsiz Arif Əsədov isə hələ indi-indi sənətinin sirlərinə yiyələnir. Bunun məntiqi nəticəsidir ki, Mpenza komandanın məşqlərindən əlavə bəzən hətta gündə iki dəfə, əlavə olaraq, fərdi çalışır. Bəlkə elə məşq prosesinə müxtəlif yanaşma tərzinin nəticəsidir ki, Belçika millisi tək ayaqla oynaya-oynaya bizimkiləri darmadağın etməyə çətinlik çəkmir...

rnrn

Belədə bir daha klublarımızın qeyri-peşəkarlığı haqda danışmalı oluruq. "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov klubunu dünyanın ən peşəkar qurumlarından biri kimi təqdim etməyə çalışsa da, müəyən faktlar onun adi sözbaz olduğunu üzə çıxarır. "Neftçi" necə peşəkardır ki, futbolçusuna əlavə - özü də gündə iki dəfə - məşq etməyə imkan verir? Məgər iki ilinə 2 milyon avro ayrılan futbolçunu nəzarətsiz qoymaq olarmı? Amma varlığa nə darlıq: neftimizin puludu - çoxdu, havaya sovrulsa da olar.

rnrn

Bir də peşəkarlıq, daha doğrusu qeyri-peşəkarlıq haqda, son sözlərimə qüvvət olaraq, əlavə edim ki, dünyanın heç bir peşəkar və ciddi klubu sadəcə ada görə futbolçuya bu qədər pul vermir. Özü də bugün-sabah Mpenzanın 33 yaşı olacaq. "Neftçi"nin peşəkarlıq nümunəsini, deyəsən, Asiyanın nefti zəngin ərəb ölkələrindən götürür və mənasız, yəni ömrü qısa piar üçün ad alır.

rnrn

XƏZƏR HİKMƏT



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail