Antalyada Anar Salmanovun gödəkçəsi oğurlandı ŞOK-ŞOK-ŞOK

31.01.2013 | 6026 dəfə oxunub

Hakimlərin Antalya toplanışı başa çatdı. Stadium.az saytının Antalyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, yanvarın 29-u gecə saatıarında (Bakı vaxtilə gecə saat 4-də) Antalyada olan hakimlərimiz qaldıqları oteli tərk edərək əvvəlcə Antalya hava limanına, ordan isə Antalya-İstanbul-Bakı reysi ilə vətənə dönmək üzrə yola çıxdılar. Əməkdaşımızın verdiyi məlumata görə, hakimləri Antalyadakı oteli tərk etməzdən əvvəl orada xoşagəlməz hadisə yaşanıb. Belə ki, dünən "Zenit" - "Split" oyununu idarə edərək otelə dönən FİFA referisi Anar Salmanov oteldə qoyub getdiyi gödəkçəsini yerində tapa bilməyib. Gödəkçəsini tapa bilməyən Salmanov bu barədə referi - həm də Elmi Metodiki Komitənin sədri olan Elçin Məmmədova məlumat verdi. Elçin isə otelin 7-ci qatında yer alan bütün hakimləri bir araya yığaraq gödəkçə barədə sorğu-sual etməyə başladı. Elə bu məqamda da həmkarımızın 7-ci qatı tərk etməsini Elçin Məmmədov istəyir. Bu səbəbdən də, hadisələrin sonrakı gedişatını tam təfərrüatı ilə sizə çatdıra bilmədik. Ancaq daha sonra öyrəndik ki, Salmanovun gödəkçəsi tapılmayıb. Oğru da tapılmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail