"Qəbələ"nin iki futbolçusu NTV Spor kanalında

23.04.2011 | 4099 dəfə oxunub

rn Bu gün Bakı vaxtı ilə saat 16:00-da rn“Qəbələ”nin iki futbolçusu Türkiyənin NTV Spor telekanalının efirində rncanlı yayımda olacaqlar. Stadium.az xəbər verir ki, söhbət rn“Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandasının üzvləri Fərid rnƏsədli və Bəhlul Mustafazadədən gedir.
rn
rn  
rn
rn Türkiyənin Kuşadası şəhərində “II rnVodafone Beynəlxalq Turniri”ndə iştirak edən “Qəbələ” dünən 1/4 finalda rnİngiltərənin “Southempton” klubuna 0:1 hesabı ilə uduzaraq mükafatçılar rnsırasına düşmək şansını itirsə də, komandamızın iki üzvü turnir rntəşkilatçılarının diqqətinin xüsusilə cəlb ediblər. Belə ki, turnir rnçərçivəsində Türkiyə klubları və xarici klubların ən yaxşı rnoyunçularından qurulmuş yerli və dünya yığmalarının qarşılaşmasına dəvətrn olunanlar arasında həmyerlilərimiz də var. Hücumçu Fərid Əsədli (qeyd rnedək ki, Fəridin digər iştirakçılardan fərqli olaraq, 14 yox, 13 yaşı rnvar) vurduğu qollarla, stopper Bəhlul Mustafazadə isə müdafiənin rnmərkəzində göstərdiyi inamlı oyunla xoş təəssürat oyadaraq dünya rnyığmasının heyətinə daxil ediliblər. Matç Türkiyənin NTV Spor telekanalırn ilə Bakı vaxtı ilə saat 16:00-dan etibarən canlı yayımlanacaq.
rn
rn  
rn
rn Bu arada qeyd edək ki, turnir rnçərçivəsində çox maraqlı seminar keçirilib. Seminarda Türkiyə Futbol rnFederasiyasının Futbol Şöbə direktoru Ərsun Yanal, onun müavinləri Cezmirn Turan, Tevfik Eroğlu, eləcə də, İngiltərənin “Chelsea”, “Southempton” rnvə Hollandiyanın “PSV Eydhoven” klublarının akademiya nümayəndələri rnçıxış ediblər. “Qəbələ”ni seminarda Futbol Akademiyasının direktor rnmüavini Nail Kərimov, məşqçilər Rəcəp Yazıcı, Sərdar Qafarov və Teymur rnMusayev təmsil ediblər. İki günü əhatə edən seminarda əcnəbi klublar rnakademiyalarının strukturu, iş mexanizmi, TFF rəhbərliyi isə Türkiyədə rnmövcud akademiya liqaları, onların qurulma tarixləri və hazırkı rnvəziyyəti haqqında ətraflı məlumat verib, eləcə də, yeniyetmə rnfutbolçunun yetişmə prosesi haqqında öz fikirlərini bölüşüblər. rnKlubumuzun əməkdaşları ilə şəxsi görüş zamanı Cezmi Turana Azərbaycan rnfutbolu barəsində ətraflı məlumat verilib və TFF nümayəndəsi ölkəmizi rnziyarət etməkdə və futbolumuz haqqında məlumat almaqda maraqlı olduğunu rnbildirib. Eyni zamanda dünyanın ən güclü futbol akademiyalarından birinərn sahib olan PSV klubunun təmsilçiləri ilə fikir mübadiləsi aparılıb və rnqarşıdakı illərdə əməkdaşlıq etməyin mümkünlüyü barədə razılıq əldə rnolunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail