Flavinyo: "100 faiz əminəm ki, "Neftçi" çempion olacaq"-MÜSAHİBƏ

28.04.2011 | 8671 dəfə oxunub

rn Stadium.az sizi “Neftçi”nin braziliyalı yarımmüdafiəçisi Flavinyonun müsahibəsi ilə tanış edir:
rn
rn  
rn
rn "Salam, qardaş! Netersen?" rn"Neftçi"nin braziliyalı yarımmüdafiəçisi Flavinyo qarşısına çıxan demək rnolar, bütün azərbaycanlıları belə salamlayır. Ölkəmizə gəldikdən qısa rnmüddət sonra cənubi amerikalı futbolçu azərbaycanca çoxlu sözlər rnöyrəndi. İndi Flavinyo Azərbaycan dilində xeyli söz bilir. 28 yaşlı rnoyunçu flaqmanın düşərgəsinə gəldiyi ilk gündən fərqlənməyə başlayıb. rnÖzü də bütün mənalarda. Həm sadəliyi, həm oyunu, həm də şəxsi həyatı rnilə. Yəqin, əksər oxucularımız bilmirlər ki, Flavinyo Azərbaycana həyat rnyoldaşı Marisa və bacısı Edianeslə birgə köçüb. Sambaçıların evində rnqonaq olduq, onların həyat tərzləri ilə yaxından maraqlandıq. Yeri rndüşmüşkən, futbolçunun Bakıya bacısı ilə birgə köçməsinin səbəbini də rnöyrəndik. Əgər təkcə Flavinyo barədə danışmalı olsaq, qeyd etmək rnlazımdır ki, onun ilk klubu Braziliyada CENE klubu olub. Ardından rnFlavinyonun Koreya "Seonqnam"ına keçən istedadlı yarımmüdafiəçi qısa rnfasilədən sonra vətəninə qayıdıb və A seriyasında mübarizə aparan rnklubların - "Araçatuba", "Mineyros", "Qama" və "Qremio Prudente"nin rnşərəfini qoruyub. Ötən ilin yayında "Neftçi"yə transfer olunan rnbraziliyalı indiyədək ölkəmizə gələn ən səviyyəli legionerlərdəndir. rnValensio ailəsi ilə görüşüb, onları daha yaxından sizlərə təqdim etməyə rnçalışdıq. Müsahibə zamanı onlardan ən çox danışanı elə Flavinyo oldu. rnMarisa və Edianes isə aradabir söhbətə qoşulurdu.
rn
rn  
rn
rn - Karyeranızı Azərbaycanda davam etdirmək variantı necə yarandı?
rn
rn - Artıq 8 aydır burdayam. rnAzərbaycandan öncə Koreyada 4 ay legioner həyatı yaşamışam. Amma orada rntək qalmışam, yəni nə Marisa, nə də Edianes mənimlə birgə olub. Düzünü rndeyim ki, bura mənim xoşuma gəlir.
rn
rn  
rn
rn - Azərbaycanda oynamaq qərarını yaxınlarınız necə qarşıladılar?
rn
rn - Birinci dəfə bu varianta şübhəli rnyanaşdılar, narahat oldular. Çünki burada çoxlu braziliyalı olduğundan rnxəbərsiz idilər. Onlar tək qalacaqlarını düşünürdülər. Bura gələndən rnsonra isə ailəvi braziliyalıları gördük və narahatçılığa son qoyuldu.
rn
rn  
rn
rn - Həyat yoldaşınız, bacınız nə ilə məşğul olur?
rn
rn - İşləmir. İndi evdar xanımıdır. rnBraziliyada olarkən, zərgərliklə məşğul olurdu, sırğa, bəzək işləri rndüzəltmirdi. Bacım isə tələbədir, Bakı köçdüyünə görə, təhsilini hələlikrn dayandırıb.
rn
rn  
rn
rn - İndi də zəhmət olmasa, Marisa xanımla tanışlığın barədə danış.
rn
rn - Biz artıq 10 ildir evliyik. Tanış rnolanda mənim 17, onun isə 16 yaşı var idi. Eyni şəhərdə yaşayırdıq. rnBalaca şəhər idi, cəmi 33 min əhalisi var idi. Demək olar, qonşu idik. rnTanışlığımız  da asan alındı və ailə həyatı qurduq.
rn
rn  
rn
rn - Digər legionerlər də rnAzərbaycana ailələrini və övladlarını gətirirlər. Lakin birinci dəfədir rnki, futbolçu öz bacısı ilə Bakıya təşrif buyurduğunu görürük. rnMaraqlıdır, niyə həyat yoldaşınızla bərabər bacınızı da bura rngətirmisiniz?
rn
rn - Bizim övladımız yoxdur. Bura rngələndə fikirləşdim ki, ailə üzvlərindən kimisə gətirim ki, burada rndarıxdırıcı olmasın. Onu da deyim ki, Braziliya çox böyükdür, orada da rnevdən çox uzaqda oynayırdım. Ailə üzvlərimi il ərzində cəmi 2-3 dəfə rngörürdüm. Bu səbəbdən qərara gəldim ki, Azərbaycanda darıxdırıcı rnolmaması üçün bacım da bizimlə gəlsin.
rn
rn  
rn
rn - Azərbaycan sizin üçün yad ölkədir. Bizim adət-ənənələrə uyğunlaşa bilmisinizmi?
rn
rn - Marisa: Mən Bakıda fitneslə məşğul oluram. Burada qadınlarla kişilərin ayrı-ayrı yerlərdə məşq etməsi mənə qəribə gəldi.
rn
rn - Flavinyo: Mənə isə buranın nəqliyyat sistemi xoş gəlir. Hardan istəyirsənsə, keçə bilərsən (gülür).
rn
rn - Edianes: Mənim üçün hər şey rnfərqlidir. Braziliyada futbol matçları zamanı stadiona çoxlu qadınlar rngəlir. Təxminən tamaşaçıların yarısı xanımlar olur. Azərbaycanda isə rnstadionlarda yalnız kişilərə rast gəlmək mümkündür. Oyunlarda cəmi 2-3 rnqadın gözə dəyir.
rn
rn  
rn
rn - Braziliyadakı karnavallar rnolduqca məşhurdur. Azərbaycanda isə ən geniş qeyd olunan bayram rnNovruzdur. Sizə artıq burada belə bir bayramı görmək nəsib olub.
rn
rn - Təəssüf ki, son illərdə karnavala rnqatıla bilmirəm. Sizin keçirdiyiniz Novruz bayramı həqiqətən də geniş rnqeyd olunur. Bayram günlərində biz də şəhərə gəzməyə çıxmışdıq. rnKüçələrdə maşınlar elə az idi ki... Kaş, həmişə belə olaydı (gülür). rnÜstəlik, 3-4 gün evdə qalıb, istirahət etdik. Biz gördük ki, Novruz rnbayramında ocaq qalayıb, üstündən tullanırlar. Biz də buna oxşar rnqaydalar var.
rn
rn  
rn
rn - Bizim mətbəxə də uyğunlaşmaq sizin üçün vacibdir. Bilmək istərdik ki, yeməklərimizlə aranız necədir?
rn
rn - Yeməklə bağlı böyük çətinliyimiz rnvar. Braziliyada ət çeşidi çoxdur. Burada məsələn, yalnız mal əti var, rnvəssalam. Bizdə isə təkcə mal ətinin xeyli növü mövcuddur. Eyni zamanda,rn lobyanın bir sıra növləri var. Kofe çox fərqlidir.
rn
rn  
rn
rn - Sualım xanımlaradır: rnAzərbaycan yeməklərini bişirə bilirsinizmi, ümumiyyətlə, bu yeməklərin rnhazırlanma qaydaları ilə maraqlanmısınızmı?
rn
rn - Marisa: Bundan ötrü bizə müəllim lazımdır.
rn
rn  
rn
rn - Flavinyonun oyununu, rnmeydandakı hərəkətlərini hamımız izləmişik. Ancaq onun adi həyatda necə rnolduğunu bilmirik. Flavinyonu bir insan kimi necə xarakterizə edərdiniz?
rn
rn - Marisa: O, çox diqqətlidir, zarafatcıldır, şəndir.
rn
rn - Edianes: Bacısı olaraq, rnFlavinyodan şikayət edə bilmərəm. O, həmişə bizə yardım göstərir. rnZarafatcıl olmaqla yanaşı, videooyunlar oynamağı da xoşlayır.
rn
rn  
rn
rn - Flavinyo, Bakıda boş vaxtlarınızı necə keçirirsiniz?
rn
rn - Əsasən alış-veriş etməyə gedirik. rnHəmçinin, boulinq oynayırıq. Mərkəzdə gəzmək, şəkil çəkdirmək xoşumuza rngəlir. Braziliyalılarla tez-tez bir araya gəlib, əylənirik.
rn
rn  
rn
rn - Paytaxt küçələrində gəzərkən insanların sizə münasibəti necə olur?
rn
rn - Flavinyo: Qadınlar Marisa ilə Edianesə baxıb gülürlər, mənə isə yalnız baxmaqla kifayətlənirlər.
rn
rn - Marisa: İndi bizim yanımızdan ötüb keçəndə, danışığımıza görə braziliyalı olduğumuzu başa düşürlər.
rn
rn  
rn
rn - Azərbaycana köçdükdən sonra həyatınızda nələr dəyişib?
rn
rn - Flavinyo: İndi Braziliyaya sanki turist kimi gedirəm. Bura artıq mənim evimə çevrilib. Azərbaycanda yaşamağa öyrəşmişik.
rn
rn - Edianes: Həqiqətən də həyatımızda çoxlu dəyişikliklər var. Axı, biz adət-ənənələri, mədəniyyəti tam fərqli ölkədəyik.
rn
rn  
rn
rn - Təbii ki, futbolçuların rnhəyat tərzləri başqa cür olur. Daima səfərlərə, məşqlərə, oyunlara rngedirlər. Flavinyonun da qrafiki belə gərgindir. Bəs sizə darıxdırıcı rndeyil?
rn
rn - Milesa: Flavinyo evdə olmayanda, rnfitnesə gedirəm. Hazırda ingilis dilində daha yaxşı danışmaq üçün rnkurslara yazılmışam. Daha sonra növbədə Azərbaycan dilidir. Düzdür, rnsizin diliniz çox mürəkkəbdir. Bundan başqa, gəzməyə gedirəm. Boş rnvaxtımdan səmərəli istifadə etməyə çalışıram.
rn
rn - Edianes: Mən isə dərslərimlə məşğul oluram. Milesa ilə birgə fitnesə gedirəm.
rn
rn  
rn
rn - Azərbaycanlı xanımlar barədə fikirləriniz nədir?
rn
rn - Milesa: Azərbaycanlı xanımlar daharn çox qadına uyğun paltar geyinirlər. Yəni, onlar bizimkilərlə rnmüqayisədə, qapalı, örtülü geyimlərə üstünlük verirlər. Braziliyada isə rnxanımlar açıq-saçıq geyimdə olurlar.
rn
rn  
rn
rn - Braziliyaya gedəndə dostlarınıza, tanışlarınıza Azərbaycan haqqında nə danışırsınız?
rn
rn - Onlara Azərbaycanın çox sürətlə rninkişaf etdiyini söyləyirəm. Bu gün şəhərin bir yerindən keçirsən, oradarn heç nə yoxdur, sabah isə həmin məkanda yeni bina ucaldığını görürsən.
rn
rn  
rn
rn - Flavinyo, sən Braziliyanınrn məşhur komandalarında oynamısan. "Neftçi" isə sənin üçün yeni, fərqli rnklubdur. Bu komanda haqqında nə deyə bilərsən?
rn
rn - "Neftçi" peşəkar klubdur. rnRəhbərlik komanda üzvlərinin bütün üzvlərinə diqqət göstərir. Başda rnprezident olmaqla, "Neftçi" rəhbərliyinə minnətdarlığımı bildirirəm. rnGələcəkdə daha yaxşı olacaq. Fikrimcə, Azərbaycan futbolunun inkişafındarn "Neftçi"nin böyük rolu olacaq.
rn
rn  
rn
rn - Flaqmanın çempionatdakı əsas rəqiblərindən biri "Xəzər Lənkəran"dır. Bu komanda ilə oyunlara özünü necə hazırlaşırdırırsan?
rn
rn - "Xəzər Lənkəran"la oyundan öncə rnhirsli oluruq. Matça bir həftə qalmış narahat oluruq, əsəblərimizi rngirovlaya bilmirik. Bu da rəqibi məğlub etmək istəyimizdən irəli gəlir. rnYəni, "Xəzər Lənkəran"a qarşı oyunumuz normal keçmir. Ancaq düşünürəm rnki, onlarla son görüşümüz yaxşı alındı. Hətta səfər meydançasında qələbərn qazan bilərdik.
rn
rn  
rn
rn - "Neftçi"nin çempionluq şansını necə dəyərləndirirsən?
rn
rn - Ən yaxın izləyicilərimiz olan rn"Xəzər Lənkəran" və "Qarabağ"la qarşılaşmalarımız var. Bu oyunlarda rnqətiyyən uduzmaq olmaz. Ən azı heç-heçəyə nail olmaq lazımdır.
rn
rn  
rn
rn - Klubumuzun fanatlarına - "Neftçi"sevərlərə sözün nədir?

rnrn - Oyunlarımızı izlədiklərinə, bizi rndəstəklədiklərinə görə, onlara minnətdarlığımı bildirirəm. rnAzarkeşlərimizin qarşısında oynamaq çox rahatdır. 6 saat yol qət edib, rnZaqatalaya gedirlər və bizi "Simurq"la matçda dəstəklədilər. Bu, rnhəqiqətən də xoş mənzərədir. 100 faiz əminəm ki, "Neftçi" çempion rnolacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail