“Turan” – “Xəzər-Lənkəran” oyununda niyə qalmaqal yaranıb?

05.12.2010 | 3612 dəfə oxunub

Dünən Tovuzda baş tutan"Turan" - "Xəzər-Lənkəran" oyununda qalmaqal yaşanıb. Məsələ belə olub. Matçın 9-cu dəqiqəsində qonaq komandanın hücumu zamanı yan xətt hakimi bayrağını qaldıraraq oyundankənar vəziyyət qeydə alıb. Referi Fariz Yusifov da dərhal fit çalaraq oyunu saxlayıb, amma köməkçisi onu aldadıb. Belə ki, köməkçisi dərhal bayrağını aşağı endirərək davam işarəsi verib. Bu zaman top "Turan"ın kapitanı Vurğun Hüseynova çatıb. O isə topu yan xətt hakimin ilk qərarını bilib və oyunu davam etdirməsini görməyib və topu saxlayaraq, oyundaşına ötürüb. Bu zaman topa yetişən "Xəzər Lənkəran"ın oyunçusu Lalin isə topu qapıya göndərib. Referi Fariz Yusifov da mərkəzi göstərib. Bundan sonra ara qarışıb. "Turan"lılar yan xətt hakiminin oyundankənar vəziyyətini, Farizin isə əvvəl bunua görə oyunu saxlayıb, ardınca qolu qeydə almasını əsas gətirərək hakimə kəskin etirazlarını bildiriblər. Hətta oyunu yarımçıq belə saxlamaq istəyiblər. Amma Yusifov olayın böyüməsinə imkan verməyib. O, köməkçisinin səhvini düzəldib və doğru olan qərarı qəbul edərək qolu qeydə almayıb. Bununla da oyun davam edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail