Sadıq Sadıqov: "Qarşıda "Neftçi"ni Çempionlar Liqasında gərgin mübarizə gözləyir"

02.05.2011 | 5323 dəfə oxunub

"Azərbaycanın bir nömrəli futbol klubunun azarkeşləri bu anı rnsəbirsizliklə gözləyirdilər. Şadam ki, komandamız bu mövsüm çətin rnmissiyanın öhdəsindən layiqincə gələrək, azarkeşlərə bu sevinci rnyaşatdı". Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi"nin rəsmi saytına rnklubun prezidenti Sadıq Sadıqov deyib.


Klubun prezidenti cari rnmövsümdə "Neftçi"də görülən işlərdən və komandanın qarşısına qoyulan rnvəzifədən danışıb: "Neftçi" 2010/2011-ci il futbol mövsümünə ciddi rnhazırlaşmışdı. Komandanın heyətində bir çox dəyişikliklər etdik. rnSəviyyəli legionerlərdən və ölkəmizin tanınmış futbolçularından, rnhəmçinin yerli gənc oyunçulardan qurulan bir komandanın qarşısına heç rnşübhəsiz ki, ən yüksək vəzifə - çempionluq qoyulmuşdu. Komandamız da bu rnşərəfli vəzifənin öhdəsindən layiqincə gəldi. Amma bununla bizim rnhədəfimiz bitmir. Qarşıda "Neftçi"ni Avropa Çempionlar Liqasında gərgin rnmübarizə gözləyir. İnanıram ki, biz birlikdə "Neftçi"nin qitə miqyaslı rnoyunlarda da parlaq qələbələrinin şahidi olacağıq. Azərbaycan futbolu rn2011-ci ildə 100 illik yubileyini qeyd edir. Biz də "Neftçi" futbol rnklubu olaraq Avropada qazanacağımız uğurlarla bu yubileyə töhfəmizi rnvermək arzusundayıq. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rnrəhbərliyi tərəfindən ölkə futbolunun inkişafı üçün böyük işlər görülür.rn Uşaq və yeniyetmə futboluna diqqət artırılır, məşqçilər və futbolçular rnüçün hər cür şərait yaradılır, futbol veteranlarına, mütəxəssislərə rnqayğı göstərilir, infrastrukturanın yaradılması üçün önəmli planlar rnhəyata keçirilir. Qalır futbolçularımızın öz oyunu ilə nailiyyətlər rnqazanaraq, azarkeşlərə sevinc hisləri yaşatması. Ümidvaram ki, rn"Neftçi"nin də yaxın gələcəkdə bu qələbələrdə payı olacaq. Bir daha rnkomandamızın bütün üzvlərini çempionluq münasibəti ilə təbrik edirəm və rnbu qələbələrin davamının gəlməsini arzulayıram".rnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail