Təbriz Həsənov: "Çempion olsaq da, çatışmayan cəhətlərimiz var"

02.05.2011 | 5606 dəfə oxunub

rn Stadium.az sizi 17 yaşadək rnfutbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz rnHəsənovun müsahibəsi ilə tanış edir:
rn
rn  
rn
rn - Rəhbərlik etdiyiniz rnkomanda Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident rnkuboku”nun qalibi oldu. Bu münasibətlə sizi təbrik edirik. Turnirlə rnbağlı təəssüratlarınız necədi?
rn
rn - Təbrik üçün təşəkkür edirəm. rnYüksək səviyyədə təşkil olunmuş turnir idi. Güclü komandalar çıxış rnedirdilər. Həmvətənlərimiz oyunlarımızı izləyirdilər. Bu amil uşaqlarda rnməsuliyyəti bir qədər də artırmışdı. O cür atmosferdə oynamaq rnfutbolçulara əlavə ruh yüksəkliyi verirdi. Turnirə yaxşı hazırlaşmışdıq.rn Hər oyunda maksimum nəticə qazanmaq uğrunda mübarizə aparırdıq. Uşaqlarrn əllərindən gələni edirdilər. Sevindirici haldır ki, qrupda maksimum rnnəticə əldə etdik. Finalda penaltilərlə qələbə qazanaraq turnirin qalibirn olduq. Çempion olduğumuza görə sevinirəm. Komandamın oyunundan razıyam.rn Çünki bu yaşda 5 gündə 4 oyun keçirmək çox çətindir. Çalışacağıq ki, rnuğurlu nəticənin davamını gətirək. Hər turnirə, hər oyuna maksimal rndərəcədə hazırlaşacağıq ki, yaxşı çıxış edək. Uşaqların ustalıq rnsəviyyələrini, beynəlxalq oyun təcrübələrini artırmaq baxımından bu cür rnturnirlərin böyük əhəmiyyəti var. Məncə, böyük təcrübə qazandıq. Çempionrn olmağımıza baxmayaraq, deməzdim ki, komandamızda hər şey yaxşıdı. rnÇatışmayan cəhətlərimiz var. Yaxşı komanda qurmağımızı istəyiriksə, rnçatışmayan cəhətlərimiz üzərində çalışmalıyıq.
rn
rn  
rn
rn - Nə kimi çatışmazlıqlar var?
rn
rn - Bu məsələnin təfərrüatına varmaq rnistəməzdim. Çatışmazlıqları müəyyən etmişik və onların aradan rnqaldırılması üçün müvafiq işlər görüləcək. Bu barədə geniş danışsaq, rnfutbolçular həvəsdən düşə bilərlər.
rn
rn  
rn
rn - Bu cür nəticə əldə edəcəyinizi gözləyirdinizmi?
rn
rn - Sözün açığı, turnirdən əvvəl rnqarşımıza məqsəd qoymuşduq ki, finala çıxaq. Qrupda maksimum nəticə rngöstərərək ilk məqsədimizə çatdıq. Finalda Ukrayna ilə oyunda zəif çıxışrn etmədik. Hətta qol epizodlarına görə onları üstələdik. Oyunun sonunda rnbizim futbolçular fiziki baxımdan rəqibdən daha güclü təsir rnbağışlayırdı. İkinci hissənin sonları bizim nəzarətimiz altında keçdi. rnBununla belə, istənilən nəticə qeydə alına bilərdi. Uşaqlar əzmkarlıq rnnümayiş etdirdi və sonda biz qələbə qazandıq. Onu da deyim ki, bu yaşda rnuşaqları penalti vurmaq üçün psixoloji cəhətdən hazırlamaq elə də asan rndeyil. Elə futbolçu var idi ki, penalti vurmağa ehtiyat edirdi. Bəzi rnfutbolçulara tapşırıq verdim ki, mütləq 11 metrlik zərbəni vurmalısan. rnPenalti seriyası göstərdi ki, psixoloji cəhətdən bizim komanda daha rnhazır idi.
rn
rn  
rn
rn - Komandanın əldə etdiyi nəticə futbolçuların gələcək oyunlarda, turnirlərdə arxayınlığına səbəb ola bilərmi?
rn
rn - Çalışacağıq ki, rnarxayınlaşmasınlar. Hazırda bu istiqamətdə işlər aparırıq. Biz bu rnuşaqları təkcə futbolçu kimi yetişdirmirik. Təlim-tərbiyəsi ilə məşğul rnoluruq, vətənpərvər ruhda böyüdürük, bir şəxsiyyət kimi formalaşmaları rnistiqamətində çalışırıq.
rn
rn  
rn
rn - Finaldakı qolsuz heç-heçə barədə nə deyə bilərsiniz?
rn
rn - İran və Qazaxıstan yığmaları ilə rnoyunlarımız çətin keçdi. Özbəkistan yığması ilə oyunda əsas heyətin rnoyunçularına istirahət verəcəyimizi düşünənlər vardı. Ancaq belə rnetmədik. Qrup mərhələsində sonuncu oyun turnir baxımından bizim üçün heçrn bir məna kəsb etməsə də, milli komanda üçün böyük əhəmiyyəti vardı. rnÇünki himnimizin səsləndiyi, bayrağımızın dalğalandığı yerdə bütün rnoyunlara məsuliyyətlə yanaşmalıyıq. Əvvəlki qarşılaşmalarda olduğu kimi,rn Özbəkistan yığması ilə görüşdə də uşaqlara öz tapşırıqlarımızı verdik, rnoyuna köklədik. Əldə etdiyimiz qələbə yanılmadığımızı göstərdi. Ertəsi rngün isə finalda Ukrayna yığması ilə qarşılaşdıq. Final oyunları həmişə rngərgin keçir, tam fərqli ab-havada oynanılır. Heç bir komanda qol rnburaxmaq istəmir. Ukrayna yığması turnirin ən güclü komandalarından birirn idi.
rn
rn  
rn
rn - Turnirin ən məhsuldar oyunçusu seçilən Ruslan Nəsirlinin çıxışını necə qiymətləndirirsiniz?
rn
rn - Bildiyiniz kimi, biz mart ayında rnİzmirdə “Ege kuboku”nda çıxış etdik. Türkiyədə təşkil olunan turnirdə rnyaratdığımız qol imkanları Qazaxıstandakından çox idi. Əgər “Ege rnkuboku”ndakı qol imkanlarından tam yararlana bilsəydik, həmin turnirin rndə qalibi olardıq. Əfsuslar olsun ki, imkanlardan, hətta 11 metrlik rncərimə zərbələrindən istifadə edə bilmədik. Həmin səhvlərimizin üzərindərn çalışdıq. Yaxşı oldu ki, Ruslan Nəsirli həmin səhvlərdən nəticə rnçıxardı, həm turnirin ən məhsuldar oyunçusu oldu, həm də komandamız uğurrn qazandı.
rn
rn  
rn
rn - Gələcək planlarınız nədən ibarətdir?
rn
rn - May ayının 7-də Moldovada rnRumıniya, Moldova və Litva yığmalarının iştirakı ilə keçirilən turnirdə rniştirak edəcəyik. Çalışacağıq ki, həmin turnirdə də maksimum nəticə rngöstərək. Əsas məqsədimiz bərpa prosesini lazımi qaydada keçməkdir. rnDediyim kimi, 5 günə 4 oyun keçirmək asan deyil. Bu, uşaqlar üçün böyük rnyükləmədir.
rn
rn  
rn
rn - Millimiz “Prezident rnkuboku”nun qalibi olmaqla 10 000 dollar mükafat qazandı. Bildiyimizə rngörə, həmin mükafatın 20 faizi uşaq evinə köçürüləcək...
rn
rn - Turnirdən əvvəl uşaqlar qərar rnvermişdilər ki, çempion olsaq, mükafatın 20 faizini uşaq evinə rnköçürsünlər. Qarşıdakı günlərdə həmin məbləğ uşaq evlərindən birinə rntəqdim olunacaq. Mükafatın qalan hissəsi isə futbolçulara verildi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail