Hafiz Məmmədova qısa müraciət

06.12.2010 | 3824 dəfə oxunub

«Bakı» sıradan bir klub deyil».

rn

Bu sözlər «Bakı» Futbol Klubunun prezidenti Hafiz Məmmədov cənablarına aiddir. Bununla mən də razı. «Bakı»nın Azərbaycan futbolunda özünəməxsus yeri var, məncə. Amma bu yer itib getməkdədir. Artıq «Bakı» sıradan bir komandaya çevrilir, Hafiz müəllim. Məmmədova yaxşı bələd olduğumdan, inanmıram Şeferi istefaya göndərsin. O, bunu hörmətsizlik kimi dəyərləndirdiyindən, «kos-koca» məşqiyə «çıx get» deməyəcək. Amma inanın, siz Şeferi qovmasaz, «Bakı» I Diviziona düşsə belə, baş məşqçi istefa verməyəcək. Bu almanların hayasız millət olduğuna artıq zərrə qədər də şübhəm yoxdur. Gedeni «Neftçi»dən döyüb qovmasaydılar getməyəcəkdi. Foqtsu da döyməsələr getməyəcək. Bu sözlər Şeferə də aiddir. Düzdü, komanda uduzdu deyə baş məşqçini istefaya göndərməzlər. Amma görünən odur ki, Şefer «Bakı»nı uçuruma aparır.

rn

Hafiz müəllim, Şeferin «Bakı»nı saldığı rəzalət barədə sözçülük etmək istəmirəm, amma yaxşı bir variant var. Dünən oyundan sonra jurnalist həmkarlarımızdan biri söylədi bunu. Qəhraman Əliyev «Bakı»ının əvəzedici komandasını əla oynadır. Şeferi göndərin əvəzediciyə, Əliyevi gətirin əsas komandaya.

rn

 

rn

Vüsal BƏBİRLİ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail