Cənab Şeferin abırsızlığı

06.12.2010 | 3918 dəfə oxunub

«Bakı»nın baş məşqçisi Vinfrid Şefer istefa vermək fikrindən uzaqdı. «Simurq»la oyundan sonra keçirilən mətbuat konfransında onun söylədiklərindən belə başa düşmək olar: "İlk öncə "Simurq" komandasını qələbə münasibəti ilə təbrik edirəm. Bu gün yaxşı mübarizə apardılar, bəxtləri də gətirdi. Adi epizodda səhv etdik, cərimə zərbəsindən qapımızda qol gordük. Hesabı xeyirimizə dəyişmək üçün vaxtımız çox olsa da, nəticə əldə edə bilmədik. Uzun sürən zədədən sonra Dare Nibombenin meydana qayıdışını qeyd etməliyəm, yaxşı təsir bağışladı. Əsas problemimiz cərimə meydançası daxilində həlledici zərbə vura bilməməyimizdir. Çərşənbə günü kubokda "Muğan"a qarşı keçirəcəyimiz oyunda bir neçə dəyişiklik etməliyik".

rn

Yəni mən hələ buradayam, komandanı dəyişikliklər hesabına düzəltməyə çalışacam. Amma buna deyən lazımdır ki, a kişi, qatar gedib artıq, Biləcərini də keçib. Arxaya qaytarmaq isə səninlə mümkün deyil. Cənab Vinfrid Şefer, özünə az da olsa hörmət edirsənsə, çıx get. Elə eləmə səni də Hans Yurgen Gede kimi döysünlər. Bilmirəm sizdə - almanlarda necə səslənir, amma bizdə bir məsəl var «məscidin qapısı açıqdı, amma gərək itdə də bir abır-həya ola».



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail