"Bizim səfərimizdən sonra Foqts Azərbaycan millisinin baş məşqçisi təyin edildi"

11.04.2013 | 4911 dəfə oxunub

“Hannover-II”-nin baş məşqçisi Tomas Flat ölkəmizdəki karyerasını xatırlayıb. Stadium.az xəbər verir ki, 49 yaşlı mütəxəssis Almaniya Futbol İttifaqının (AFİ) rəsmi saytına müsahibədə Azərbaycanda çalışdığı dövrdən danışıb.

2008-ci ilin əvvəlində AFİ və AFFA ilə əməkdaşlıq çərçivəsində ölkəmizə gələn almaniyalı mütəxəssislər arasında olan Flat həmin vaxt “Bakı” klubunda 3 həftə çalışmışdı. Paytaxtın eyniadlı təmsilçisində uşaq futboluna nəzarət və məşqçi seminarları ilə məşğul olan almaniyalı Xəzər sahilindəki dövrü yada salıb: “Mənim Azərbaycanda iş təcrübəm də var. Almaniya Futbol İttifaqının xətti ilə bu ölkəyə yollanmışdım. Mən ora ezam olunan kiçik qrupun tərkibində yer almışdım. Biz Azərbaycan futbolunda strukturu təhlil etdik. Bu, millimizin sabiq baş məşqçisi Berti Foqtsun 2008-ci ildə Azərbaycana getməsindən az əvvəl olmuşdu. Bundan sonra həmyerlimiz oranın yığmasının “sükanı arxasına” keçdi”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail