Dünya futbolunun ulduzları Bakıya gəlir

15.04.2013 | 3948 dəfə oxunub

Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Azərbaycana gələcək dünyanın veteran futbolçularının adları açıqlanıb. Stadium.az xəbər verir ki, Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevin verdiyi məlumata görə, 8 ölkədən 16 sabiq futbolçu ölkəmizə gələcəyini təsdiqləyib.
 
Bunlar Gürcüstandan Aleksandr Çivadze, Murtaz Xurtsilava, Tengiz Sulakvelidze, Kaxaber Tsxadadze, Almaniyadan Bernd Şuster, Uli Ştayn və Berti Foqts, Rusiyadan Vagiz Xidiyatullin, Vitali Şevçenko və Yuri Kuznetsov, Ukraynadan Leonid Buryak və Andrey Boqdanov, Belarusdan Andrey Zıqmantoviç, Braziliyadan Edmar, Xorvatiyadan Dario Şimiç və hazırda İsveçdə yaşayan azərbaycanlı olimpiya çempionu İqor Ponomaryovdur. O.Abdullayev fransalı Jan-Pyer Papen, ukraynalı İqor Belanov, eləcə də türkiyəli Rüştü Rəçbər, Hakan Şükür və Bülent Korkmazla da danışıqların getdiyini bildirib.
 
Qeyd edək ki, dünyanın futbol ulduzları mayın 1-də Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirəcəklər. Bakıdakı “Bayıl Arena”da keçiriləcək matç saat 20:00-da başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail