Rahid Əmirquliyev 1 daşla 3 quş vurdu

06.05.2011 | 5770 dəfə oxunub

rn Azərbaycan kubokunun 1/2 final rnmərhələsinin “Bakı” ilə oyunu “Xəzər Lənkəran” klubunun futbolçusu Rahidrn Əmirquliyev üçün əlamətdar olub. Stadium.az xəbər verir ki, 22 yaşlırn yarımmüdafiəçi birdən-birə 3 əlamətdar hadisəyə sevinib.
rn
rn  
rn
rn Tarixi oyun
rn
rn  
rn
rn 2006-cı ilin yayında “Şahdağ” rnklubundan transfer olunan 17 yaşlı gəncin “Xəzər Lənkəran”ın rnrəmzlərindən birinə çevriləcəyinə inananlar bəlkə də çox deyildi. Lakin rnklub rəhbərliyi də, bir-birini əvəzləyən baş məşqçilər də istedadlı rnyarımmüdafiəçinin bacarığına güvəndilər. 5 il əvvəl avqustun 11-də rnLənkəran şəhər stadionunun açılışında “Neftçi” ilə qarşılaşma təkcə baş rnməşqçi Ağasəlim Mircavadovun yox, həm də Rahidin debüt matçı oldu. Həminrn qarşılaşmanın 78-ci dəqiqəsində Zaur Ramazanovu əvəzləyən Əmirquliyev rnartıq 3-cü “əlli”ni qatladı. Kubokun “Bakı” ilə görüşü Rahidin “Xəzər rnLənkəran” formasında 150-ci matçı oldu. O, Rəşad Abdullayev və Alim rnQurbanovdan sonra bu həddə çatan 3-cü futbolçu kimi tarixə düşdü. rnYarımmüdafiəçi debütdən 150-yədək olan yolu 1727 günə qət etdi.
rn
rn  
rn
rn Rahid Əmirquliyevin “Xəzər Lənkəran”dakı bütün oyunları
rn
rn  
rn
rn 2006/07 mövsümü – 25 oyun (7 qol)
rn
rn Çempionat – 17 (5)
rn
rn Kubok – 8 (2)
rn
rn  
rn
rn 2007/08 mövsümü – 29 (5)
rn
rn Çempionlar Liqası – 2
rn
rn Çempionat – 16 (1)
rn
rn Kubok – 5 (1)
rn
rn Birlik kuboku – 6 (3)
rn
rn  
rn
rn 2008/09 mövsümü – 29 (4)
rn
rn UEFA kuboku – 2
rn
rn Çempionat – 24 (4)
rn
rn Kubok – 3
rn
rn  
rn
rn 2009/10 mövsümü – 32 (1)
rn
rn Çempionat – 27 (1)
rn
rn Kubok – 5
rn
rn  
rn
rn 2010/11 mövsümü – 35 (1)
rn
rn Avropa Liqası – 2
rn
rn Çempionat – 28
rn
rn Kubok – 5 (1)
rn
rn  
rn
rn Cəmi: 150 (18)
rn
rn Çempionat – 112 (11)
rn
rn Kubok – 26 (4)
rn
rn Avrokuboklar – 6
rn
rn Birlik kuboku – 6 (3)
rn
rn  
rn
rn Tarixi qol
rn
rn  
rn
rn Əmirquliyev özü öz yubileyinə yaxşı rnhədiyyə etdi. Vurduğu qolla komandasını finala daşıyan qolun müəllifi rnkimi tarixə düşdü. Məhz yarımmüdafiəçinin səfər qolu yarımfinalın rntaleyini həll etdi. “Xəzər Lənkəran” karyerasında 18-ci qolunu vuran rnRahid klub tarixinin 5-ci bombardiri oldu. Hələlik o, bu mövqeni Oqtay rnDərəlioğlu, Rəşad Abdullayev və Vüqar Nadirovla bölüşür. Bu 4-lük 18 qolrn vurmaqla yalnız ən yaxşı 4 bombardirdən geri qalır: Zaur Ramazanov – rn44, Samir Əliyev – 34, Mario Souza – 26, İvan Svetkov – 24.
rn
rn  
rn
rn Həsrətin sonu
rn
rn  
rn
rn Rahidin “Xəzər Lənkəran” karyerasınarn baxdıqda onun məhsuldarlığı ildən-ilə, mövsümdən-mövsümə aşağı düşüb. rnSon 2 mövsümdə 1-dən artıq qol vurmayan yarımmüdafiəçi 2010/11-də ilk rndəfə fərqləndi. Bu da mövsümdəki 35-ci qarşılaşmasına təsadüf etdi. rn“Bakı” ilə yarımfinalın taleyini həll edən futbolçumuz son qolunu ötən rnmövsümdə vurmuşdu. O, çempionatın 16-cı turunun 2009-cu il dekabrın rn19-dakı görüşündə fərqlənmişdi. “Qəbələ” ilə matçda komandamıza 1:0 rnhesablı qələbə qazandıran Rahid 501 gündən sonra rəqib qapısına yol rntapdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail