UEFA nümayəndələri “Bakı”nın bazasına heyran qalıb

02.11.2010 | 5681 dəfə oxunub

Bu gün Bakıda UEFA-nın «Azərbaycanda Kütləvi Futbol» mövzusunda keçirilən seminarı işinə başlayıb. 3 gün ərzində qədər davam edəcək seminarın iştirakçıları futbol qurumlarının vəziyyəti və yerli infrastrukturla tanışlıq xarakteri daşıyan tədbirlərə qatılırlar. Bu gün seminar iştirakşıları AFFA nümayəndələri ilə birlikdə "Bakı" futbol klubunun qonağı oldular. 

UEFA-nın Futbol Təhsili Şöbəsinin müdiri Frank Ludolfun rəhbərlik etdiyi 50 nəfərə yaxın heyətlə "Bakı" futbol klubuna təşrif buyuran qonaqlara bazanın imkanları və burada yaradılan şərait barədə ətraflı məlumat verilib. "Bakı" furtbol klubunun vitse-prezidentləri Yaşar Seyidov və Zeynal Məmmədov, komandamızın baş məşqçisi Vinfrid Şefer qonaqların suallarını cavablandırıblar.

 Seminar iştirakçıları 17 yaşlı futbolçular arasında təşkil olunan və AFFA bayrağı altında keçiriln U-17 Azercell liqası  "Bakı"-"Qarabağ" təqvim oyununu canlı izləyiblər. Qonaqlara çay süfrəsi açılıb. 

A komandamızın məşqinin şahidi olan UEFA təmsilçiləri baş məşqçimiz Vinfrid Şeferdən imza almaq imkanını əldən verməyiblər.

UEFA Futbol Təhsili Şöbəsinin müdiri Frank Ludolf və klub rəsmiləri futbolun kütləviliyinin əhəmiyyəti barədə danışıblar, UEFA tərəfindən futbolun kütləviliyinin artırılması, futbolda təhsilin gücləndirilməsi məqsədilə həyata keçirilən layihələr, kütləvi futbolun tarixi barədə fikir mübadiləsi aparılıblar. 

Cənab Ludolf AFFA-nın və "Bakı" futbol klubunun futbolun keyfiyyətinin artırılması və kütləviliyin təmin olunması sahəsindəki fəaliyyıtini yüksək qiymətləndirib, gələcək işlərdə uğurlar arzulayıb.

Beynəlxalq tədbirin iştirakşıları bazanın gəzintisini tamamlayandan sonra gənc futbolçulara uğurlar arzulayıb, xatirə şəkilləri çəkdiriliblər. Bazaya heyran qaldıqlarını gizləyə bilməyən futbol mütəxəssilərinə "Bakı" futbol klubunun suvenirləri və "Toplu Bakı"  jurnalının son sayının nüsxələri paylanılıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail