Naci Şensoydan Musa Süleymanova biabırçı ittihamlar: «Musanın Allahı yoxdur, onun Allahı ancaq puldur» EKSKLUZIV

«Bundan sonra iblislə, şeytanla çalışaram, amma Musayla yox»

06.05.2011 | 21127 dəfə oxunub

rnrn

Naci Şensoyla çox uzun illərin dosturndeyilik. Amma «Turan»da ilk dönəmlərdən baş məşqçilik edəndən onunla dostluqrnmünasibətlərimiz yarandı. Çünki sözün düzünü deyən insandır, ikiüzlüyü sevməz,rnnə düşünürsə, onu da danışır. Bu gün - az əvvəl elə öz saytımızda Xəyalın yerləşdirdiyirnxəbəri oxudum ki, «Turan»ının ulu futbol bilici prezidenti Musa SüleymanovrnŞensoyu komandadan uzaqlaşdırıb. Dedim bir zəng edim, bilim nə məsələdir. Zəngrnetdim və «salam hocam, nasılsın» sözlərini dedim. Day bundan sonra Şensoy imkanrnvermədi başqa söz işlədim, aldı görək nələr söylədi: «Sağolasan mənim əzizrnqardaşım, bitdi buradakı işim, artıq axşam Türkiyəyə dönürəm. Musayla prinsiprnməsələsi oldu, onunla çalışmaq mümkün deyil. Mənim prinsiplərim var, o, işimərnqarışmaq istəyir. Mən buna imkan vermədim. O məni komandaya gətirəndə zəngrnvurub dedi ki, məni komandaya gətirmək istəyir. Onun qarşısında şərt kəsdim: gələrəm,rnamma işimə qarışmayacaq. Soruşdu ki, nə qədər pul istəyirəm, dedim, əvvəlcərnmənim prinsiplərimə əməl etməlisən, sonra pulu danışarıq. Hələ o vaxtrnsöyləmişdim ki, «Musa Süleymanov, sən texniki zonada, məşqilərin yanındarnəyləşirsən, onlara göstəriş verirsən, mənimlə bunlar keçməz», razılışmışdı.rnAmma AZAL-la oyunda gəldi texniki zonada bizim yanımızda oturdu, mən də narazılığımırnsöylədim. Bundan sonra aramız dəydi.

rnrn

Kubokda AZAL-a uduzduğumuz oyundanrnsonra, yəni mübarizəni dayandırdıqda mənə yaxınlaşdı dedi ki, bütünrnlegionerləri qovum. Söylədim niyə? Dedi ki, artıq kubokdan əlimizi üzmüşük,rnbuna görə. Və futbolçulara pul vermək istəmir. Söylədim ki, çox çətinrnoyunlarımız var, birinci diviziona düşə bilərik. Cavabında «AFFA-dan mənərnbildiriblər ki, belə şey olmayacaq» dedi. «AFFA bununla bağlı sənə sənədrnveribmi» sualımı «yox» deyə cavablandırdı. Dedim «Turan» aşağı liqaya düşərsərnözümü çox pis hiss edərəm. Hələ ona söyləmişdim ki, «sən birinci dəfədirrn«Turan»ın prezidentisən, amma mən üçüncü dəfədir baş məşqçisiyəm». Və bundanrnsonra bir ay mənimlə danışmadı. Bəzi oyunçuları göndərdi komandadan, gördü mənrngetmək istəmirəm öz istəyimlə. Axı ortada təzminat məsələsi vardı. Başladırnfutbolçulardan imza toplayıb, o yolla məni göndərsin, bu isə alınmadı. Üstəlik,rnfutbolçular mənsiz məşqə çıxmaq belə istəmədilər. Mən də məşqə çıxmaqrnistəmədim, sonra qorxdu, çəkindi, o imza məsələsini yığışdırdı. Son 5 oyundarnmənə belə problemlər yaratdı.

rnrn

Dörd yüz dollar maaşı olan inzibatçınınrnpulunu üç yüz dollara endirir, o da gəlib mənim yanımda ağlayır. İnanırsız,rnolanları sizə sözlə başa sala bilmərəm. Mənə yazı göndərib, mənimlə işləməkrnistəmir. Bundan sonra UEFA ilə işimiz var, mən təzminat barədə UEFA-ya şikayətrnedəcəm. «Turan» azarkeşlərinə dərin minnətdarlığımı bildirirəm. Həmişə yanımdarnolublar. Mən gəldim və komandanı 95 faiz qurtardım. Yoxsa indi 12 xalrn«Simurq»un vardı, 12 xal da «Turan»ın. Amma indi sona 3 oyun qalıb rəqibdən 8rnxal qabaqdayıq. Və onlarla da öz meydanımızda oynayacaqdıq.

rnrn

Gələn mövsüm «Turan»ı MusarnSüleymanovun əlindən almazlarsa, komanda yüz faiz aşağı dəstəyə düşəcək. Bunurnsöyləməklə də, «Turan» sevərlərin diqqətini çəkmək istəyirəm. Bundan sonrarniblislə, şeytanla çalışaram, amma Musayla yox. Musanın Allahı yoxdur, onunrnAllahı ancaq puldur. Yaxşı, lap mən komandaya yaramadım, bəs Sakit, bəs Revaz?rnO, «Turan»ı oyuncağa çevirib. Öz kompleksləri var, istəyir məşqçilik eləsin,rntaktika qursun. Komandaya çox aşağı səviyyədə rəhbərlik edir. Mənə mart ayınınrnyarısının və aprellə may ayının bütün pulunu borcludur. Futbolçulara isə sonrniki ayın pulunu verməyib. Ola bilsin, futbolçular oyunlara çıxmayacaqlar. Çünkirnbir neçə gündən sonra çempionat qurtarır, onlar da əmin olmaq istəyirlər ki,rnson iki ayın pulunu alacaqlar. Amma bax bunu da deyirəm, əgər Mussa Süleymanovrn«Turan»dan gedərsə və yerinə başqa sponsor gələrsə, o zaman təzminat məsələsinirnbağlayacam və pullarımı «Turan»a halal edəcəm. Amma Musa prezident qalarsa,rnondan pulumu son qəpiyinə kimi alacam.

rnrn

Axı o kimdir ki, gedin Tovuzdarnsəsvermə keçirin, orada heç bir nəfər də onu sevmir, hamısı ondan nifrət edir.rnMusa Süleymanov sadəcə yatdığı zaman yalan danışmır. Amma gözlərini açan kimirnyalan danışmağa başlayır. Günün 24 saatı içində yalnız yatdığı müddətdə yaxşırnadam olur. Mən gedirəm, amma birdəfəlik yox, yenidən qayıdacam Azərbaycanrnfutboluna. Heç bir zaman özümü bu qədər pis hiss eləməmişdim. Çünki rəhbərlikrnyoxdur. Orada iki nəfər Musa kimi yalançı rəhbər var. Amma keçmiş prezidentrnTahir Yusifovun vaxtında belə deyildi. Namiq Məstanov, Yaşar Soltanov, Rəşid Məhərrəmovrnkimi gözəl insanlar vardı klubda. Son 5 ayı mənə 5 il kimi yaşatdılar». Şensoyrnhələ ürəyində olanları bitirməmişdi. Amma bu qədərini yazmaqla «bəsdir burnqədəri» dedim. Amma inanın ki, Şensoyun söylədiklərindən yazdıqlarım ancaqrn«qəztet» idi, «jurnal»ını isə saxladım.

rnrn

Vüsal GÖZƏLOV

rnrn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail