"Xəzər Lənkəran"dan AFFA prezidentinə etiraz müraciəti

06.05.2011 | 6361 dəfə oxunub

rnrn

"XəzərrnLənkəran" klubu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidentirncənab Rövnəq Abdullayevə açıq məktubla müraciət edib. Stadium.Az-ın məlumatınarngörə, məktubda əsasən hakimliklə bağlı iradlar AFFA prezidentinin diqqətinərnçatdırılıb:

rnrn

"Xəzər Lənkəran" klubununrnAFFA prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubda deyilir:

rnrn

"Hörmətli Rövnəq müəllim!

rnrn

Başçılığınız altında ölkə futbolundarngedən müsbət dəyişikliklərə kölgə salındığını bir daha diqqətinizə çatdırmağırnözümüzə borc bilirik. Bir tərəfdən bu idman növündə genişmiqyaslı tədbirlərrngörüldüyü halda, digər tərəfdən müxtəlif şəxslərin işə qeyri-peşəkar şəkildərnyanaşması çoxdandır ki, adət halını alıb. Bütün bunların nəticəsində istərrnfederasiya səviyyəsində sizin gördüyünüz işin, istər klub səviyyəsində bizimrngördüyümüz işin lazımi nəticə verməsi mümkünsüz olur.

rnrn

Bu mövsüm "Xəzər Lənkəran"rnmüxtəlif oyunlarda hakimlərin qeyri-obyektiv idarəçiliyi ilə üzləşib və bununlarnbağlı faktlarla təsdiqlənmiş etirazını ictimaiyyətin diqqətinə dəfələrlə çatdırıb.rnAzərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu olan "Bakı"rn- "Xəzər Lənkəran" qarşılaşması da neqativ hallarla yadda qaldı. Bu qarşılaşmanınrnbaş hakimi Rövşən Əhmədovun bütün oyun ərzində komandamıza qarşı verdiyirnədalətsiz qərarlar Hakimlər Komitəsinin işinin aşağı səviyyədə təşkil olunduğunurnnövbəti dəfə sübut etdi. Qeyd olunan görüşdə baş hakimin etdiyi səhvlərirnnümayiş etdirən videoçarxlar da klubumuzun rəsmi saytında yaxın vaxtda yerləşdiriləcək.

rnrn

Hakimlik futbolun ən vacib tərkibrnhissələrindən biridir və hazırda ümümi inkişafın fonunda ölkədə futbolrnhakimlərinin işində bu qədər qüsurun olması artıq ciddi addımların atılmasınınrnzəruriliyini göstərir. Oyunun nəticəsinə böyük ölçüdə təsir edə bilən şəxslərinrnözbaşınalığının qarşısı alınmaması, bu Azərbaycan futbolunun geri addımlamasırnilə nəticələnir.

rnrn

"Xəzər Lənkəran" kluburnyarandığı tarixdən ölkədə futbola olan marağın artmasına və bu sahədə yarananrncanlanmaya özünün böyük töhvəsini verib. Əlbəttə, bu günə kimi əldə etdiyimizrnvə gələcəkdə əldə etməkdə israrlı olduğumuz nailiyyətlər müvafiq sərmayeninrnqoyulması nəticəsində gerçəkləşib. Və bunun müqabilində ayrı-ayrı şəxslərinrnqeyri-peşəkarlığı nəticəsində getdiyimiz yolda yaranan maneələr bizi narahatrnetməyə bilməz.

rnrn

Bu cür hallar təkcə bizim kluba yox,rnbütün ölkə futboluna böyük ziyan verir. Nəzərə alaq ki, klubumuzda vərnümumilikdə ölkədə müxtəlif ölkələrdən olan əcnəbi futbolçu və məşqçilər var.rnXarici ölkə təmsilçilərinin gözündə Azərbaycan futbolunun imicinin düşməsi də,rnyuxarıda qeyd etdiyimiz qeyri-peşəkarlığın daha bir nəticəsidir.

rnrn

Bütün bunları nəzərə alıb HakimlərrnKomitəsinin işindəki nöqsanları araşdırıb, bu orqanın tərkibində qüsurlara yolrnverən şəxslərin cəzalandırılacağına ümid bəsləyirik".

rnrn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail