İlqar Qurbanov: “Qurban Qurbanov dedi ki...”

10.05.2011 | 5826 dəfə oxunub

“Qarabağ”ın yeni transferi İlqar Qurbanov rn“Xəzər Lənkəran”la oyunda rəsmi debüt edib. Stadium.az xəbər verir ki,  70-ci rndəqiqədə meydana daxil olan 25 yaşlı yarımmüdafiəçi  ikinci hissəyə əlavə olunmuş vaxtın 1-ci dəqiqəsində qol vurmaqla rnkomandasını məğlubiyyətdən xilas edib (1:1).

rn

Gənc futbolçu klubun rəsmi saytına açıqlamasında bu rnmövsümün onun üçün çətin alındığını deyib: “Öncə “Mersin İdman Yurdu”, rnardınca lisenziya ilə bağlı yaranmış problemlər məni futbolsuz qoymuşdu.rn Üstəlik, arada zədə də almışdım. Amma daim öz üzərimdə işləyirdim. rn“Qarabağ”a gələndə bilirdim ki, o dəqiqə heyətə düşən eyiləm. Öncədən dərn bildirmişdim ki, komandada olan rəqabətdən xəbərim var. Çalışmaqla öz rnzamanımı gözləməliyəm. Bilirdim ki, Qurban müəllim özümü göstərmək üçün rnmənə mütləq şans verəcək. Son 2 oyunda “18”liyə düşdüm. Zamanımın rnyavaş-yavaş yetişdiyini hiss edirdim. Elə oldu ki, “Xəzər Lənkəran”la rnoyunda bu şansı  qazandım. Meydana çox istəkli çıxmışdım. Komandama rnyararlı olmağa çalışırdım. Allahın izniylə, pis alınmadı. Bu o demək rndeyil ki, qol vurdum, hər şey bitdi. Düzdü, bu qol mənə stimul oldu. rnAmma daha çox çalışmaq lazım olduğunu bilirəm. Bizim komandada çox güclürn rəqabət var. Heyət də genişdi. İnşallah, “Qarabağ”a daha da faydalı rnolmağa çalışacağam”.

rn

İlqar oyuna girərkən, baş məşqçinin ona müəyyən təlimatlar verdiyi rndiqqətdən qaçmadı. Maraqlıdı, görəsən, Qurban Qurbanov 25 yaşlı rnyarımmüdafiəçiyə nə deyirmiş?

rn

İlqar bununla bağlı “Mənə daha çox soldan hücum etməyi söyləmişdi. Dedi ki, amma müdafiə rnolunduğun zaman zonanı da bağla. Belə deyək, 70 faiz hücumu rndüşünməliydim. Eyni zamanda mənə bildirdi ki, daim axtarışda ol və rnmərkəzə yollar axtar. Rəqibin 2 müdafiəçisi konkret adam tutmadığına rngörə bundan istifadə etməliydim. Qol epizodunda məhz belə hərəkət etdim”  şəklində danışıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail