AFFA bombardiri mükafatlandırdı VİDEO

23.05.2013 | 4869 dəfə oxunub

“Kapital Bank U-15 Liqa”nın 2012/13-cü il mövsümünün bombardiri olan “Neftçi”nin futbolçusu Emil Həsənzadə bu gün AFFA tərəfindən mükafatlandırılıb. Stadium.az xəbər verir ki, tədbir 26 qol vuran futbolçunun təhsil aldığı 277 saylı idman təmayüllü tam orta məktəbdə keçirilib.

Mükafatlandırma mərasimində məktəbin direktoru Ayaz Süleymanov çıxış edərək rəhbərlik etdiyi təhsil ocağının şagirdinin belə uğur qazanmasından böyük sevinc hissi keçirdiklərini deyib. Direktor tədbirin məktəbdə təşkil olunmasına görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.

15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov ölkəmizdə futbolun inkişafı məqsədilə müxtəlif turnirlərin təşkil edildiyini, “Kapital Bank U-15 Liqa”nın da belə turnirlərdən olduğunu deyib. Çıxışlar başa çatdıqdan sonra Həsənzadəyə AFFA-nın hədiyyələri təqdim olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail