Popoviç: Əsas odu ki, almanlar mənim hazırlığımdan razıdılar

12.05.2011 | 5002 dəfə oxunub

Xəbər verdiyimiz kimi “Abşeron”un, eləcə də millimizin qapıçısı Andrey Popoviç Almaniyanın Düsseldorf şəhərinin “Fortuna” klubuna baxışa yollansa da, bəyənilməyib. Lakin o, klubunun rəsmi saytına açıqlamasında almanların ondan razı qaldığını iddia edib. Popoviçi dinləyək:
“Hazırlığımdan narazılıqları yoxdu və bu baxış ilkin tanışlıq xarakteri daşıyır. Çempionatın gedişi zamanı transfer məsələləri müzakirə edilmir. Sadəcə “Abşeron” birinci divizionda çempionatın başa çatmasına 5 tur qalmış əsas hədəfinə  çatdığından komanda rəhbərliyi imkan yaratdı ki, Almaniya klubunun düşərgəsinə yollanım. Mən də, bu fürsətdən istifadə edərək bu ölkənin böyük tarixə malik klublarından sayılan “Fortuna”nın təklifini dərhal dəyərləndirdim. İşlərim qaydasındadı. Şəraitdən razıyam. Lakin konkret təklif və ya müqaviləyə gəldikdə, bunun yalnız mövsümlərarası fasilə zamanı həyata keçəcəyi  mümkündür. Əsas odur ki, onlar mənim hazırlığımdan razıdılar”.
 
Qeyd edək ki, sabah hazırlığını başa çatdıran komandamızın üzvü şənbə günü vətənə dönəcək.



  #1   Adınız: reshad;   E-mail: [email protected]

12.05.2011 23:16

heyif, cox yaxşı qapıçı idi, kaş orda qalardı. Hec olmasa
Azərbaycanı xaricdə təmsil edən bir futbolçumuz olardı...

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail