Rövşən Əmiraslanov: "Bu mövsüm meydana çıxa biləcəm"

12.05.2011 | 6146 dəfə oxunub

“İnter”in yarımmüdafiəçisi Rövşən Əmiraslanov Premyer Liqanın 27-ci turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirilən matçda ciddi zədə almışdı. Stadium.az xəbər verir ki, futbolçu həmin oyunda ayaq barmağını sındırmışdı.
 
Belə görünürdü ki, mövsüm onun üçün artıq başa çatıb. Lakin Rövşənin bərpa prosesi gözlənildiyindən də tez olub və artıq 3 gündü ki, o, ümumi qrupda məşq edir. O, hazırkı durumu ilə bağlı bunları dilə gətirib:
 
“Birinci hissənin sonuna yaxın ev sahiblərinin oyunçusu iki ayağıyla mənə zərbə endirdi. Mən yıxıldım və oyunu davam etdirə bilmədim. Sonra aydın oldu ki, zədəm ciddidi. Lakin məni həmin epizodda mənə sarı vərəqə göstərən hakimin reaksiyası təəccübləndirdi. Çox güman ki, o simulyasiya etdiyimi düşünmüşdü. Hazırda hər şey yaxşıdı. Klubun tibbi heyəti tez bərpa olunmağım üçün əlindən gələni edir. Deyə bilərəm ki, bir müddət ayrı proqram üzrə məşq etdim. İndi isə artıq ümumi qrupda məşq keçirəm. Məni zədə narahat etməsə, əgər ağrılar yaranmasa və əgər məşqçi heyətdə mənə etibar edərsə, o zaman, məsələn, “Bakı” ilə oyunda niyə də meydana çıxmayım”?
 
Rövşən meydanda olmadığı müddətdə komandasının çıxışı barədə də danışıb: “AZAL ilə yarımfinal matçı çox çətin alındı. Ümumiyyətlə, bu komandayla bu mövsümdə bütün qarşılaşmalar çox gərgin mübarizə şəraitində keçir. Bununla belə, komandamıza finala çıxmaq müyəssər oldu və bununla bağlı komandamızı təbrik edirəm. Finalda bizi “Xəzər Lənkəran”nın simasında çox çətin rəqib gözləyir. Bu komanda ölkədə ən yaxşı komandalardan biridi, onlar yaxşı komplektləşdirilmiş heyətə malikdirlər və rəğbət doğuran futbol oynayırlar. Odu ki, bizi asan olmayan matç gözləyir. Qələbəyə ümid edəcəyik. İnşallah, Azərbaycan kubokunu bu il məhz biz əldə edərik. 4-cü yer uğrunda mübarizədə əsas rolu cümə günü AZAL ilə keçirəcəyimiz qarşılaşma oynayacaq. Biz bu qarşılaşmada qalib gəlmək üçün bütün səylərimizi ortaya qoymalıyıq. Biz turnir cədvəlində 4-cü yerdə qərarlaşmalıyıq. Avropaya gedən yolumuz bu məsələdən də asılı olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail