Adamiya zirvəni ələ keçirdi

13.05.2011 | 5787 dəfə oxunub

Premyer Liqanın 31-ci turu bombardirlər yarışında lider dəyişikliyi baş verib.  Stadium.az xəbər verir ki, mövsümün əvvəlindən ən sərrast futbolçu ünvanını qoruyan “Neftçi”nin özbəkistanlı hücumçusu Bahodir Nasimovu mövqeyini "Qarabağ"ın futbolçusu Georgi Adamiyaya təhvil verib.
 
Mövsümün əvvəlindən lider olan "Neftçi"nin futbolçusu Bahodir Nasimov uzun müddət idi ki, "qol orucunu" poza bilmirdi. Əvəzində tez-tez fərqlənən Adamiya bu tura qədər 14 qol vurmuşdu. Bu gün Quzanlıda keçirilən "Neftçi" ilə oyunda isə het-trik edən gürcü futbolçu qol sayını 17-yə çatdıraraq, bombardirlər yarışında liderliyi ələ aldı.
 
Adamiya və Nasimovu 11 qolla Flavinyo (Neftçi), 10 topla Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə) və Qvidas Yuşka (AZAL) izləyir.
 
Qeyd edək ki, 2005-ci ildən ölkəmizdə çıxış edən Adamiya Premyer Liqada ümumilikdə 52 qola imza atıb. Bu gün 3 qol vurduğu "Neftçi"nin heyətində 29 dəfə fərlənən gürcü futbolçu "Qarabağ"dakı qollarının sayını 21-ə çatdırıb. Adamiya "Bakı"nın heyətində rəqib qapılarına 2 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail