"Bakı"nın yeni baş məşqçisi danışdı

01.07.2013 | 3660 dəfə oxunub

"Qardaş klubla çox maraqlı layihəyə start verdik. Biz bura uzunmüddətli və ciddi iş görməyə gəlmişik". Stadium.az xəbər verir ki, bu sözləri “Bakı” nın baş məşqçisi Milinko Pantiç deyib.

Serbiyalı mütəxəssis paytaxtın eyniadlı təmsilçisində çalışmasında İspaniya “Atletiko”suna bağlılığının rolunu qeyd edib: “Razılıq verməkdə bir qədər yubandım. Amma “Atletiko”ya gəldikdən və Migel Anxellə görüşdükdən sonra, “yox” deyə bilməzdim. Bu, qardaş klubla nəzərdə tutulan olduqca böyük və maraqlı layihədir. Həmin layihə gələcəkdə daha da inkişaf etdirilməlidir. Mən də ümumi işə kömək etmək üçün burdayam. Şübhəsiz ki, bu layihə mənim üçün də təcrübə artırmaq baxımından bilavasitə önəmli olacaq”.

Pantiç eyni klubunda işinin asan olmadığını düşünür: “Görülməli olan çox işlər var. Bura cümə günü gəldim və vaxt itirmədən layihəni icra etməyə başladım. Gündə 24 saat çalışırıq. Etiraf edim ki, bir çox şey dəyişilməlidir. Daha yüksək inkişafa nail olmaq üçün çalışmalıyıq. Biz kluba yaxın olan insanlarla - həkimlər, geyim meneceri, fizioterapevtlər və s. Ilə söhbət etdik və onlarla müəyyən müzakirələr apardıq. Hər kəs inkişaf etmək istəyir və məqsədə nail olmaq üçün mübarizə aparmağa hazırdır. Mən çox pozitiv bir insanam və inanıram ki, biz buna nail olacağıq. “Atletiko” mənə etimad göstərdiyini bir daha nümayiş etdirdi. Zənnimcə hər iki komanda bu əməkdaşlığı və nəzərdə tutulan layihəni özünəməxsus iş prinsipi və fəaliyyəti ilə fərqlənən insana həvalə etmək istəyir”.

“Atletiko”da gənclərlə çalışan Pantiç həmçinin “Bakı”nın yeniyetmə və gənc oyunçularına futbolun sirlərini öyrədən məşqçilərə nəzarəti də öz üzərinə götürüb: “Hələ ki, əsas komandası ilə məşğuluq. Lakin biz, akademiyada çalışan insanlara da ciddi yanaşmalıyıq. Çünki gələcək uğurlara aparan yol məhz ordan başlayır. Buna görə də, imkan dərəcəsində çalışacam ki, gənclərdən ibarət komandaların bütün məşqlərini və oyunlarını izləyim. Hazırda yeddi gənc futbolçu əsas komanda ilə birgə çalışlr. Odur ki, hər kəsin işini qiymətləndirmək üçün kifayət qədər vaxtımız var”.

Pantiçin qarşısında duran əsas məqsəd həmçinin bu layihə çərçivəsində ortaya çıxan bütün məsələlərə aydınlıq gətirməkdir: “Öncə səmərəli iş planı qurmalı və hər şeyi sıfırdan başlamalıyıq. Mən burada olan ən yaxşı oyunçuları seçmək üçün onları meydanda görməliyəm. Bəzi futbolçular milli komandanın düşərgəsindədir və iyulun 18-də bizə qoşulacaqlar. Buna görə də, tələsik qərar vermək istəmirəm. Əminəm ki, hazırda İspaniyada olan əksər futbolçular da bu möhtəşəm layihənin tərkib hissəsi olmaq istəyirlər”.

Serbiyalı məşqçi Bakı ilə bağlı təəssüratlarını da bölüşüb: “Şəhər məni sözün əsl mənasında təəccübləndirdi. Bu, inkişaf edən, öz gözəlliyi, rahatlığı ilə seçilən və insanı onunla daha yaxından tanış olmağa vadar edən bir şəhərdir”.

fcbaku.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail