"Xəzər Lənkəran"da 2 yubiley, qırılan sindrom və ya Kamran Ağayev rekorda doğru

16.05.2011 | 5235 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 31-ci turunun “Bakı” ilə oyunu “Xəzər Lənkəran” üçün yubileylə əlamətdar olub. Stadium.az xəbər verir ki, komanda ölkə çempionatlarında 200-cü oyununa çıxıb.
 
Bu matçda 2:0 hesabı ilə qələbə qazanan futbolçular 110-cu dəfə 3 xalı bayram ediblər. Daha 57 dəfə 1 xalla kifayətlənən komanda 33 çempionat matçında uduzub. “Xəzər Lənkəran” bu görüşlərdə 313 qol vurub və 126-nı buraxıb.
 
Qeyd edək ki, 2004/05 mövsümünə təsadüf edən “Şəfa” klubunun dağılması üzündən baş tutmayan qarşılaşma oyun sayında nəzərə alınıb. Həmin matçdakı texniki nəticə isə (3:0) komandanın ümumi qol sayında əks olunmayıb.
 
Xatırladaq ki, “Xəzər Lənkəran” ilk çempionat oyununu 2004-cü il avqustun 8-də səfərdə “Turan”a qarşı keçirib – 1:1. 100-cü matç isə 2008-ci il fevralın 23-də “Masallı” ilə ev oyunu olub – 4:1.
 
Bu matç həm də “Xəzər Lənkəran”ın meydanında oynadığı 100-cü çempionat matçıdı. Bu görüşlərdə 61 qələbə və 30 heç-heçəsi olan komanda cəmi 9 dəfə uduzub. Bu görüşlərdəki top fərqi nəzərə çarpan dərəcədə böyükdü – 180:51.
 
“Bakı” ilə matçda cənub təmsilçisi həm də bu rəqibə qarşı çempionat oyunlarındakı uğursuzluq seriyasına son qoydu. “Xəzər Lənkəran” son 5 qarşılaşmada rəqibi uda bilmirdi. Cari mövsüm çempionatın əvvəlki 3 duelində 1 xalla kifayətlənən komanda, ötən çempionatın final mərhələsində 2 məğlubiyyətə üzülmüşdü. Düzdü, kubokda “Bakı”nı məğlub etmək mümkün olmuşdu, lakin Premyer Liqada son dəfə 2009-cu il noyabrın 29-da “Bakı”nı Lənkərandan 3:0 hesabı ilə məğlub yola salmışdı. Həmin görüşdən 530 gün sonra komandamız eyni rəqibi məğlub etdi.
 
“Xəzər Lənkəran”ın kapitanı Kamran Ağayev isə klubun heyətində 125-ci matça çıxmaqla Radomir Todorova çatıb. Qapıçı indi yalnız 3 futbolçudan – Alim Qurbanov (166), Rəşad Abdullayev (155) və Rahid Əmirquliyevdən (152) geri qalır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail