Arif Əsədov "Xəzər Lənkəran"la oyunu düşünmür

09.12.2010 | 2466 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Arif Əsədov "Gəncə" ilə oyundan sonra fikirlərini klubun rəsmi saytına bildirib: "Gəncə" ilə oyunun çətin olacağını bilirdik. Çünki kubokun bu mərhələsi bir oyundan ibarət idi. Həmin matçın evdə yaxşı təsir bağışlayan "Gəncə"  ilə olması da yaddan çıxmamalıdır. Rəqib döğma meydanında güclü oyun nümayiş etdirir. Bizim ölkə premyer liqasında olduğu kimi, kubokda da yeganə hədəfimiz 1-ci olmaqdır. "Gəncə" ilə görüşdə meydançaya 7 yerli futbolçu buraxdıq. Əgər vurulan qollara diqqət etsəniz görərsiniz ki, 3 qoldan ikisini gənc futbolçularımız Cavid İmamverdiyevlə, Mirhüseyn Seyidov vurub. Bu,  bizim vacib matçlarda belə gənclərə necə inandığımızı göstərir. Bir məqamı qeyd etmək  yerinə düşər ki, "Neftçi"də komanda artıq bir mexanizm kimi işləyir. Yəni bizim oyunumuz hər hansı bir oyunçudan asılı deyil. Mən hər zaman belə sistemin tərəfdarı olmuşam. Bu vəziyyətdə rəqabətdə qalib gələn futbolçu əsas heyətdə oynayır. Kubokun ¼ finalında "Xəzər-Lənkəran"la qarşılaşacağıq. Bu mərhələ iki oyundan ibarətdir. Təbii ki, yeganə hədəfimiz yarımfinala yüksəlməkdir. Lakin Lənkaran təmsilçisi ilə görüşə hazırlaşmaq üçün xeyli vaxtımız var, hazırda bu oyunu düşünmürük. İndi bütün diqqətimizi ölkə premyer liqasına yönəltmişik. Artıq bu gündən "Bakı" ilə növbəti görüşün hazırlıqlarına başlamışıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Qarabağ 10 8 2 0 19-2 26  
2. Neftçi 10 5 3 2 15-8 18  
3. Keşlə 10 4 4 1 11-5 16  
4. Səbail 10 3 2 5 8-14 11  
5. Sumqayıt 10 3 2 5 11-15 11  
6. Sabah 10 2 4 4 10-11 10  
7. Zirə 10 2 4 4 10-16 10  
8. Qəbələ 10 1 3 6 6-19 6  
10.11Qarabağ ---Zirə
10.11Sabah ---Zirə
09.11Keşlə ---Neftçi
09.11Qəbələ ---Səbail
22.11Sumqayıt -Qarabağ
23.11Səbail -Sabah
24.11Neftçi -Qəbələ
24.11Zirə -Keşlə