Georgi Adamiya: "Bu, mənim üçün xoş bir sürpriz oldu"

22.05.2011 | 6685 dəfə oxunub

Cari mövsüm vurduğu 18 qolla Azərbaycan çempionatının bombardiri olan "Qarabağ"ın hücumçusu Georgi Adamiya Gürcüstan millisinə dəvət alıb. Stadium.az xəbər verir ki, 30 yaşlı hücumçu klubunun rəsmi saytına verdiyi açıqlamada baş vermiş hadisəylə bağlı danışıb. Adamiyanı dinləyək: "Təbii ki, hər bir futbolçu milliyə dəvət almaqdan qürur duyar. Mən də eyni duyğuları yaşayıram. Mənim üçün xoş bir sürpriz oldu". Təcrübəli futbolçu milliyə dəvət almasına baxmayaraq, hələ heç nəyin bəlli olmadığını söyləyib: "30 futbolçu bir gün sonra başlayan təlim-məşq toplanışına dəvət alıb. Məlum olduğu kimi, Xorvatiyaya qarşı oynayacağıq. Hər şey toplanışda bəlli olacaq. İstənilən halda milliyə dəvət almaq mənim üçün xoşdur. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Əlbəttə, "Qarabağ"da bombardir olmağım dəvətdə az rol oynamadığını düşünürəm. Son illərdə Avropada uğurlu çıxışımız da yaddan çıxmamalıdır. İnşallah, "Qarabağ"ı ən yaxşı səviyyədə təmsil etməyə çalışacağam". 

Elmar ƏLİZADƏ 



  #1   Adınız: Elvin Memmedov;   E-mail: ---

23.05.2011 02:33

Chox ela oyuncudur..

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail