Foqts Adamiyanın milliyə götürmək xahişini yerə salıb - YAZI

24.05.2011 | 4889 dəfə oxunub

"Qarabağ"lı Georgi Adamiya Gürcüstan millisinə çağırılıb. 2005-ci ilin qışından ölkəmizdə fasiləsiz oynayan 30 yaşlı hücumçu ölkəsinin əsas yığmasından ilk dəfə dəvət alıb. Baş məşqçi Temur Ketsbaya ona 30 nəfərlik siyahısında yer verib. 18 qolla çempionatımızın bombardiri olmaqla diqqəti çəkən Georgi Xorvatiya ilə Avro-2012-nin rəsmi oyununda debüt etmək imkanı qazanıb. Ancaq Ketsbayanın 8 hücumçu çağırdığını nəzərə alsaq, heyətə düşmək üçün böyük rəqabət gözləyir. "Milan"da çıxışı ilə tanınan Kaxa Kaladzenin kapitanı olduğu Gürcüstan mayın 23-də hazırlığa başlayacaq.


Adamiyanın hələ "Neftçi"də oynadığı vaxtda milliləşdirilərək, yığmamıza cəlb olunması gündəmdə idi. Ancaq ölkəsinin gənclər komandasında rəsmi görüşdə iştirak etdiyindən, keçmiş və hazırkı AFFA rəhbərliyi məsələni həll etmək üçün FİFA-nın qapısın döyməyə ehtiyac duymayıb. O, istər «Bakı»da forma geyinəndə, istərsə də «Qarabağ»a keçəndə bir neçə dəfə federasiyaya açıq mesaj göndərib, amma çağırışlarına yenə əhəmiyyət verilməyib. Bildiyimizə görə, millimizin bir neçə üzvü Georgiyə dəvət göndərməsi üçün Berti Foqtsu dilə tutub. Onlar gürcünün 7 ildir ölkəmizdə çıxış etdiyini və Azərbaycan vətəndaşlığını almağa hazır olduğunu deyərək, Fabio Luis Ramim, Branimir Subaşiç, Ernani Pereyra, Daniel Axtyamov, Vladimir Levin kimi legionerlərdənsə, yalnız onun yığmada oynamasını istədliklərini söyləyiblər. Almaniyalı baş məşqçi Adamiyanı dəfələrlə iş başında izlədiyini, oyununu bəyəndiyini və bu haqda düşünəcəyini bildirsə də, ondan xəbər çıxmayıb. Gürcüstan Futbol Federaasiyası isə Ketsbayanın təkidindən sonra vaxtilə hesabdan sildiyi futbolçunun üzünə qapıları açıb.

Sürpriz

Adamiya aldığı təklif barədə: "Təbii ki, hər bir futbolçu milliyə dəvət almaqdan qürur duyar. Mən də eyni duyğuları yaşayıram. Mənim üçün xoş bir sürpriz oldu. Düzdü, milliyə dəvət almışam. Amma hələ heç nə bəlli deyil. 30 futbolçu 1 gün sonra başlayan təlim-məşq toplanışına dəvət alıb. Məlum olduğu kimi, Xorvatiya ya qarşı oynayacağıq. Hər şey toplanışda bəlli olacaq. İstənilən halda milliyə dəvət almaq mənim üçün xoşdur. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Əlbəttə, "Qarabağ"da bombardir olmağım dəvət az rol oynamadığını düşünürəm. Son illərdə Avropada uğurlu çıxışımız da yaddan çıxmamalıdır. İnşallah, "Qarabağ"ı ən yaxşı halda təmsil etmək istəyirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail