Vitse-prezident Zeynal Məmmədov «Bakı»da başlayan islahatlara aydınlıq gətirdi

24.05.2011 | 5236 dəfə oxunub

Premyer Liqanı 6-cı pillədə başa vurub, ölkə kubokunda yarımfinalda mübarizəni dayandıran "Bakı"da "təmizləmə əməliyyatı"na başlanıb. Baş məşqçi Aleksandrs Starkovs bosniya və herseqovinalı hücumçu Saşa Kaykutun ardından, daha 8 futbolçuya qapını göstərib. Bunlar yerli futbolçulardan yarımmüdafiəçi Mahmud Qurbanov, eləcə də fransalı müdafiəçi Stefan Borbikoni, bolqar müdafiəçi Radomir Todorov, ukraynalı yarımmüdafiəçi Ruslan Leviqa, mərakeşli yarımmüdafiəçi Adnan Bərəkət, braziliyalılar -  yarımmüdafiəçi Junior Osvaldo, Leonardo Roşa və hücumçu Jabadır. Artiq latviyalı mütəxəssis gedənlərin adlarını klub rəhbərliyinə təqdim edib, futbolçuların özləri isə bu barədə məlumatlandırılıb.

Lakin bununla "təmizləmə əməliyyatı" başa çatmayıb. Yaxın günlərdə "qara siyahı"ya yeni adlar da daxil edilə bilər. Klubun vitse-prezidenti Zeynal Məmmədovun sözlərinə görə, böyük dəyişiklər davam edəcək: «Necə ki, 2008-ci ildə belə etmişdik. İndiki komandadan qalan çox az olacaq. Mahmud Qurbanovun karyerasını harada davam etdirəcəyindən xəbərim yoxdur. Rafael Əmirbəyov isə klubdadır. Onu əsas komandada oynayan məşqçi kimi saxlayacağıq. İndiki əvəzedici heyətdən 4-5 gənc uşağı əsas komandaya götürəcəyik. 2-3 yerli var ki, onları da başqa komandalardan dəvət edəcəyik. Onların yanında Rafael kimi təcrübəli, lider futbolçunun olması lazımdır ki, komandanı daxildən idarə etsin. O, nüfuzlu oyunçudur, uşaqlara ruh verməyi bacarır». Xalidu Sissoko, Aleksandr Soliç, İbrahim Karqbo, Stefan Bates, Marko Şarliya, Vadim Borets, Vyaçeslav Sofroni və Aleksey Savinovu saxladıqlarını söyləyən Zeynal bəy, daha sonra deyib: «Yerli futbolçu sayılan Fabio Luis Ramim də bizimlədir. Digər yerlilər də heç yana getmir. Mövsümü belə başa vurandan sonra legionerlərin 70-80 faizini göndərməyə məcbur idik. Jaba və Leonardo Roşa ayrılanlar arasındadır. Gedənlər üçün həyat bitmir. Burda oyunları alınmadı, başqa yerdə alınar. İstəyirik ki, gedənlərlə mehriban ayrılaq, biri-birimizə düşmən münasibəti bəsləməyək. Müqaviləsi qalan futbolçular da sağ olsun ki, bizə əlavə problem yaratmadılar. Bəzi legionerlər var ki, onları hələ saxlayırıq, yayda yerlərinə daha yaxşılarını tapsaq, onları da göndərəcəyik». 

Müsahibimizin bildirdiyinə görə, Novruz Məmmədovu transfer etmək üçün «Muğan» rəhbərliyi ilə aparılan danışıqlar uğurla başa çatıb. Elvin Məmmədovla isə sadəcə rəsmi müqavilə bağlamaq qalır: «Əvvəlki «Bakı»nı geri qaytarmalıyıq. Necə ki, 2-3 il əvvələdək yerli uşaqlar komandada üstünlük təşkil edirdi. Bu qədər legioner saxlamağa dəyməz. Rəhbərlik komandaya hər cür şərait yaradıb. Büdcəmiz yenə həmişəki kimi olacaq. 4-5 səviyyəli legioner alacağıq. Hansılar ki, öz ölkələrinin millilərində daim oynamaq imkanı qazanırlar. İkinci dərəcəli futbolçuları gətirib ehtiyatda saxlamağa dəyməz. Starkovs deyir ki, legioner əsas heyətə düşmürsə, onu gətirməyin mənası yoxdur. Baş məşqçimiz yoldaşlarını öz arxasınca aparmağı bacaran, peşəkar, komanda üçün can yandıran futbolçular axtarır. İndi bu istiqamətdə həm o, həm də biz ciddi işlər görürük. Starkov burdan vaxtından gec getdi ki, yeni transferlərlə bağlı məsələləri dəqiqləşdirsin».





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail